Neftcala rayonunun Banke qesebesi dövlətin nəzərindən kənarda qalıb.
Belediyye.netin xəbərinə görə vaxtilə respublikada ilk aptekin, ilk balıq vətəgəsinin, balıq kombinatının olduğu iqtisadi əhəmiyyətli bir qəsəbənin bu gün belə acınacaqlı vəziyyətdə olması sakinlərin ciddi narahatlığına səbəb olub.
Banke qəsəbəsinin Kür çayı sahilləri məişət tullantılarının atıldığı zibilxanaya çevrilib. Antisanitar şəraitin vizual görünüşünü bir kənara qoysaq belə təkcə ekoloji fəsadlarını düşünmək kifayətdir.
Banke qəsəbəsinin sakinləri çox ağır vəziyyətdə yaşayırlar.
Kür ətrafının baxımsız, məişət tullantıları ilə çirklənmiş sahilləri və Kürün duzlasması bunun nəzərəçarpacaq dərəcədə mənfi təsirinin göstəricisidir.
Bələdiyyə.net
Copyright 2022 BELEDIYYE.NET.