Zəhərli maddələr illərdir açıq kanalla axıdılır

  • 13 dekabr 2021, 18:14
  • 0000, 00:00

Zəhərli maddələr illərdir açıq kanalla axıdılır

Şəkillərdə gördüyünüz görüntülər Neftçala rayonunun Mirqurbanlı və Yeni Qışlaq kəndlərinin örüş sahələrıdir.

Bələdiyyə.netin əməkdaşı ərazidə çəkiliş aparıb, sakinlərin şikayətlərini dinləyib.

Gördüyünüz bu qrmızı sulu arxla AzərYod MMC-nin zəhərli suları Mil-Muğan suvarma kanalına axıdılır.

Zavodun Mirqurbanlı və Yeni Qışlaq kəndlərinin örüş sahələrdən 8 km ərazi ilə açıq formada axıdılan zəhərli suları ərazidə yaşayan insanların və heyvanların həyatı üçün təhdiddir. 

Sakinlər əməkdaşımızla söhbətində bildiriblər ki, illərdir eyni vəziyyətdir.

"Əvvəllər bəzi QHT rəhbərləri gəlib məsələni qaldırdılar, indi ümumiyyətlə baxan yoxdur.", sakinlər bildirib.

Sakinlərdən biri, "Biz burada illərdir yaşayırıq deyə alışmışıq, kəndə yad bir adam gələndə kanala yaxın getsə boğazı yanmağa başlayır. Siz indi görün bizim bədənimiz necə zəhərlənib.", deyib.