Şabranda məişət tullantıları daşınmır - Fotofakt

  • 18 yanvar, 13:56
  • 0000, 00:00

Şabranda məişət tullantıları daşınmır - Fotofakt

Şabran rayonunun Aygünlü kəndinin məişət tullantıları daşınmır.

Sakinlərinin Belediyye.netə verdiyi məlumata görə kənddə antisanitar vəziyyət baş alıb gedir.

Məişət tullantılarının daşınmadığından şikayətçi olan sakinlər Aygünlü kəndində zibil qutularının yerləşdirilməsini tələb edirlər.

Qeyd edək ki, Aygünlü kəndi Bakı-Quba magistral yolunun 138 km-də yerləşir. 

Aygünlu Şabran rayonunun Gəndob inzibati ərazi vahidinə aiddir. Tarixi keçmişi baxımından da özünəməxsus olan bu kəndin təməli tunc dövrünə qədər gedib çıxır.

XIX əsrdə Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin əsrin ortalarında Aygunlu, Burbur (Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı kicik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3 böyük kənd icması əmələ gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli" komponenti düşmüşdürArxoloji qazıntılar zamanı indiki yaşayış yerlərindən 0.5 km cənub-qərbdə kənd ərazisində Çaqqallıqtəpə deyilən ərazidə ilk tunc dövrünə (e.ə. 3-cü minillik) yaşayış yeri aşkar olunmuşdur.

Yaşayış yeri ilk tunc dövrünün əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir. Aygünlü kəndi ərazisində mövcud olmuş üç kənddən (Aygünlü, Mollakamallı və Gönçü) yalnız Aygünlü kəndi mövcuddur. Səbəbi isə 20 əsrin 70-80-cı illərində Sovet hakimiyyəti məqsədli şəkildə (adına görə) Mollakamallı kəndinin ləğv etmiş, ərazisi isə Aygünlü kəndinə birləşdirilmişdir. Gönçü kəndi isə indiki yaşayış yerindən 3 km qərbdə dağlıq ərazidə yerləşdiyindən və burada yol və elektrik probleblemləri olduğundan indiki yaşayış yerinə köçmüşlər.

İndi bu kəndə yol və elektrik  problemləri aradan qaldırılsa da zibillik kimi asanlıqla həll oluna biləcək problemin mövcud olması ağlasılmazdır.

Sakinlər ümid edirlər ki, problemlər tərəfimizdən işıqlandırdıldığı üçün həllini tapacaq.

Məsələni diqqətdə saxlayacağıq.

Belediyye.net

Sorğu

Copyright 2022 BELEDIYYE.NET.