“Hamam” deyə tanınan bu binanı birinci çağırış Bələdiyyə seçkilərində bələdiyyəyə qərargah kimi verdilər. O vaxtı bina yararlı və qismən baxımlı vəziyyətdə idi. Nədənsə sonrakı çağırış bələdiyyələr laməkanlığı seçdilər”
Xəbər veririk
biləsiniz ki, bu sözləri Neftçala rayon Həsənabad kənd bələdiyyəsinin fəaliyyətsizliyindən Belediyye.netə
danışan qəsəbə sakini deyib.
“Üçüncü və
dördüncü çağırış seçkilərdə bələdiyyə üzvləri arasında bəzi dəyişikliklər olsa da sədr elə
həmin sədrdir. İbadov Qardaş Məzahir oğlu yenə sədrliyində qaldı. Üstəlik də
bələdiyyə fəaliyyətini bələdiyyə binasında yox, özünün şəxsi əmlakı olan dükan
kompleksində təkbaşına göstərir" , sakin bildirib.
“Yerli adamlar isə
deyirlər evsizlikdən əziyyət çəkən bu qədər ailə varkən, binanı nə bələdiyyə
binası kimi istifadə etdilər, nə də evsizlərə verdilər. Hazır tikilidir,
yüngülvari təmir olunsa yaşamaq mümkündür”, sakin əlavə edib.
Fotolardan da göründüyü kimi bələdiyyə binası sözün əsl mənasında xarabalığa çevrilib.
Məsələnin vacib tərəfi ondan ibarətdir ki, bələdiyyənin binası olmadığına görə(əslində var) nə bir iclas keçirilir, nə bələdiyyə üzvləri bir-birini tanıyır, nə də hesabat verilir.
Belediyye.netin
əməkdaşının araşdırmalarına görə 7 üzv barədə məlumatlar əldə olunub. Dediyimiz
kimi bu üzvlər hər-hansı iclasda iştirak edtmir, hətta bir-birlərini də
tanımırlar.
Qeyd edək ki, Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş
reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının
çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti
ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər.
Bələdiyyə iclası, ayda bir
dəfədən az olmayaraq, bələdiyyənin sədri tərəfindən və ya bələdiyyə ərazisində
yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə
üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
Bələdiyyə iclası bələdiyyə
üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin icra
aparatı (bələdiyyənin icra aparatı olmadıqda isə - bələdiyyənin sədri) iclas
gününə azı 5 (beş) gün qalmış iclasın keçiriləcəyi tarix, yer və vaxt barədə
bələdiyyə üzvlərini və iclasa dəvət olunan şəxsləri xəbərdar edir, iclasın
gündəliyinin layihəsini bələdiyyə üzvlərinə təqdim edir
Bələdiyyə iclaslarının keçirilməsi məcburidir və müvafiq
protokol qaydalarına görə aşağıdakı formada aparılır.
Belediyye.net
Copyright 2022 BELEDIYYE.NET.