Keçmiş sədr əlimizdən alınan torpaqları qohumlarına verib - ŞİKAYƏT

  • 2 noyabr 2021, 20:30
  • 0000, 00:00

Keçmiş sədr əlimizdən alınan torpaqları qohumlarına verib - ŞİKAYƏT

"Bizim örüş yerimiz yoxdur, çox bərbad haldayıq. Əlibala Səlimov 400 hektar sahəni satıb. Nə bir kasıba əl tutub, nə  bələdiyyə fonduna pul köçürüb, nə də hərraca çıxarıb."
 
Neftçala rayonunun Mürsəqulu kənd sakini Şirməmməd Hüseynov heyvandarlıqla məşğul olur. O, otlaq sahələrinin olmamasından şikayətçidir. Şirməmməd Hüseynov iddia edir ki, Xolqaraqaşlının keçmiş Bələdiyyə sədri Əlibala Səlimov bələdiyyə torpaqlarını qanunsuz şəkildə qohumlarının istifadəsinə verib.

 "Kəndimizin camaatı sırf kənd təssərrufatı ilə, mal-qara saxlayaraq dolanışığını çıxarır. Əlibala Səlimov 49 il müddətinə 400 hektar sahəni  satıb, çıxıb gedib. Heyvanımzı hara aparırıq burnumuzun üstündən vurub geri qaytarırlar. Deyirlər olmaz, heyvanı apar həyətində saxla. Bizim örüş yerimiz yoxdur, çox bərbad haldayıq. Əlibala Səlimov 400 hektar sahəni satıb, nə bir kasıba əl tutub, nə  bələdiyyə fonduna pul köçürüb, nə də hərraca çıxarıb. Biz də tələb edəndə ki qəbz göstər, bu zaman yalan ifadələr işlədir. Bizi bərbad hala qoyan Əlibala Səlimovdur. Biz torpaqlarımızın geri qayıtmağını istəyirik, biz torpaq adamıyıq, biz torpaqla çalışırıq və torpaqdan ruzi gözləyirik.", Şirməmməd Hüseynov bildirib.

"Bizim əlimizdən alınan torpaqları öz qohum-əqrəbasına verib, onlar kef edir. Mənim 69 yaşım var, 49 ildən sonra qəbirdən durub gəlib deyəcəyəm ki, mənə də növbə çatdı? Belə şey olar? Bələdiyyə 5 ildən bir dəyişilirsə bu torpaqları niyə 49 illik satmısan? Bəs bunun pulunu kəndin nəyinə xərcləmisən? De görək də, de görək nəyə xərcləmisən? Götürmüsən, özün bilirsən nəyə xərcləmisən.", deyə Şirməmməd Hüseynov əlavə edib.

Xatırladaq ki, videomüsahibədə adı gedən Əlibala Səlimov Neftçala rayon Xolqaraqaşlı kəndinin keçmiş Bələdiyyə sədridir.  Xolqaraqaşlı Bakıdan 174 kilometr cənubda yerləşir. Bir il öncə Xolqaraqşlı Bələdiyyəsinin üzvü Vəfa Nağı Əlibala Səlimovun qanunvericiliyin tələblərini pozması barədə hüquq mühafizə orqanlarının qarşısında məsələ qaldırmışdı. Onunla Xolqaraqaşlı bələdiyyəsinin keçmiş sədri arasında münasibətlər Vəfa Nağının bələdiyyə büdcəsinin icrası ilə bağlı hesabat tələb etməsindən sonra gərginləşmişdi. 
 
Xolqaraqşlı Bələdiyyəsinin hazırkı sədri Elnur Səfərovdur. Bundan öncəki Bələdiyyə sədri Əlibala Səlimov xəstəlik səbəbindən istefa verdiyini bildirmişdi.
Vəfa Nağının media açıqlamasında isə Neftçala rayon Xol Qaraqaşlı kənd  bələdiyyəsinin sədri Əlibala Səlimovun yediklərini etiraf etdiyi bildirilmişdi. 


Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.