Hazırkı secki munasibətləri ilə bələdiyyəni maket səviyyəsindən yuxarı qaldira bilməyəcəyik - Tarif Əliyev

  • 3 mart, 12:01
  • 0000, 00:00

Hazırkı secki munasibətləri ilə bələdiyyəni maket səviyyəsindən yuxarı qaldira bilməyəcəyik - Tarif Əliyev

"İndi Azərbaycanda bəzi bələdiyyələrin xüsusi və şəxsi təşəbbüslərini çıxmaq şərtilə isləri ancaq torpaq satmaqdır. Bu o deməkdir ki, cəmiyyətimizin özünüidarə hüququ tamamilə məhdudlaşdırılmışdır".

Yerli özünüidarə məsələləri üzrə mütəxəsis Tarif Əliyev Belediyye.netin suallarını cavablayarkən belə deyib. Tarif Əliyev uzun illər Bələdiyyə sahəsində çalışmış, mövzu ilə bağlı kifayət qədər məlumatlı mütəxəsisdir.

Belediyye.net Tarif Əliyevlə müsahibənin tam mətnini təqdim edir:


-Dünyanın bir çox inkişaf etmiş ölkəsində bəlli güc sahibi olan Bələdiyyənin Azərbaycanda təsir güçü nədən ibarətdir?


-Azərbaycanda bələdiyyələr formal xarakter dasıyır. Yerli özünüidarəetmə öz mahiyyəti ilə orta da olmalıydı ki, cəmiyyətdə ona qarşı maraq olaydı. İstər seckilərdə, istərsə də yerli özünüidarə institunun calışmasında yarandığı dövrdən bəri bir ölğünlük yaşanır. Cəmiyyətimiz bələdiyyə ilə bağlı münasibətlərində, istər seckilərdə, istər bələdiyyə üzvləri bu qurumun fəaliyyətində mahiyyətinə varmadan iştirak edirlər. Əslində bələdiyyə vacib bir qurumdur. Yerli özünü idarənin tarixi bəzi Avropa ölkələrində orta əsrlərə gedib çıxsa da kapitalist munasibətlərinin yaranması ilə yeni mərhələyə kecmisdir. Çünki, iqtisadi açılım baş verdikdən sonra cəmiyyətin idarə olunmasında aşağıların iştirakı zərurəti yaranmışdır. Təsadüfi deyil ki, Azərbaycanda yerliözunüidarə orqanina bənzər Bakı şəhər Duması təhkimçiliyin ləgvindən sonra 1878 ci ildə yaranmışdır. Bu qurumun səlahiyyətləri indiki Azərbaycan bələdiyyələri ilə müqayisə də maraq doğurur. Bakı şəhər Dumasının səlahiyyətinə şəhər təsərrüfatının idarə edilməsi, yerli ticarət və sənayenin idarə edilməsi, yanğınla mübarizə, səhiyyə, xalq təhsili kimi sahələr aid idi.

İndi Azərbaycanda bəzi bələdiyyələrin xüsusi və şəxsi təşəbbüslərini çıxmaq şərtilə isləri ancaq torpaq satmaqdır. Bu o deməkdir ki, cəmiyyətimizin özünüidarə hüququ tamamilə məhdudlaşdırılmışdır. Dunyada yerli özünüidarənin müxtəlif modelləri olsa da demokratik ölkələrdə onları bir cəhət birləşdirir, bu da idarəetmənin, hakimiyyətin aşağılara ötürülməsindən ibarətdir. Biz məhz buna nail ola bilmirik. Bizdəki bu catısmamazlıq təkcə yerliözunüidarəyə aid deyil, parlament hakimiyyətində də, icra hakimiyyətində də aşağıların rolu həddən artıq məhduddur. İnkişaf etmiş olkələrdəki yerli özunüidarəetmə institutunu özümüzünkü ilə müqayisə etməyə belə dəyməz. O olkələrdə bələdiyyələrin sosial iqtisadi, mədəni münasibətlərə təsiri həlledici rol oynayır. Hətta bələdiyyələrin fəaliyyəti siyasi proseslərə də ciddi təsir göstərir. Məsələn, qonşu Gurcüstanda bələdiyyə uzvlərinin bir qismi proporsional qaydada seçilirlər. Bu da olkədə siyasi münasibətlərin daha fəal, daha aktiv olmasina şərait yaradır.

Bizdə əhali nə bələdiyyə sədrini, nə də bələdiyyə üzvlərini tanıyır. Halbuki, bələdiyyələr ildə bir dəfə, uzvlər isə 6 aydan bir hesabat verməlidirlər. Amma indiki vəziyyətdə Azərbaycanda bələdiyyə institutundan əhəmiyyətli bir irəliləyiş gozləməyə dəyməz. Bunun bir səbəbi bələdiyyələrin səlahiyyətlərinin cox məhdud olmasi və bununla əlaqədar budcələrinin çox zəif olmasıdırsa, digər səbəb seckilərin şəffaf keçirilməməsidir. Bu iki amil yerli ozünüidarəetmə institunun inkişafının qarşısını alan əsas səbəblərdi.


-Azərbaycanda mövcud seçki sistemi ilə bələdiyyə seçkilərində hansı nəticələr əldə etmək olar?


-Umumiyyətlə Azərbaycanda movcud olan secki sistemi, secki mühiti bələdiyyələrin inkişafı yolunda böyuk əngəldir. Bələdiyyə seckilətində muxtəlif statuslarda istirak etmişəm. Namizəd, bələdiyyə üzvü, secki komissiyalarinda üzv kimi istirak etmişəm. Ona gorə də qəti əminəm ki, indiki secki munasibətləri ilə bələdiyyəni maket səviyyəsindən yuxarı qaldira bilməyəcəyik. Seckilərin saxtalaşdirilması həm real güclərin seckiyə qatılmasına, həm namizədlərin təbliğat prosesinə, rəqabət aparmasına, həm də seçicilərin aktivliyinə oldürücü zərbə vuran əsas amildir.


-Bələdiyyə sədrlərini icra başçılarının təyin etdiyi deyilir. Sizcə bu proses deyilən kimidir, yoxsa bu vəzifə seçki ilə, “güc” ilə əldə olunur? Ümumiyyətlə bələdiyyə üzvü və ya sədri olmağa maraq varmı?


-Seckilərin səffaf kecirilməməsi təkcə secki gününə deyi, bələdiyyələrin sonrakı fəaliyyətinə də, ciddi təsir edir. 1999 -cu ildək ilk bələdiyyənin üzvü olmuşam. Hər şey gözümün qabağında baş verib. Rayonun bütun bələdiyyə sədrləri o vaxtkı icra başcısının istəyi ilə seçilirdi. Həmin zamanla bağlı maraqlı bir faktı deyim. Sovxoz və kolxozlar ləğv edildikdən sonra  islahat komissiyaları yarandı və islahat aparıldıqdan sonra sovxozların əmlak və torpaq mulkiyyəti vətəndaş və bələdiyyələr arasında bölündü.

Maraqlısı odur ki, Sovxozun rəhbəri sonradan islahat komissiyasınin sədri, daha sonra icra hakiminin istəyi ilə bələdiyyə sədri oldu. Bu vəziyyət bir çox bələdiyyələri əhatə edirdi. Böyuk ehtimalla gordükləri əyintiləri ört basdır etmək üçün bu addımı atmısdılar. O zaman bələdiyyədə fəaliyyətin səmərəsiz olduğunu görüb 2 ildən sonra istefa verdim. İndi də icra başçilarının bələdiyyələrə münasibəti eynidi. Ümumiyyətlə, Azərbaycanda idarəetmə sahəsində böhran yaşanır. Bu hakimiyyət böhranı deyil, İdarəetmədə bir ətalət var. İstər parlament idarəçiliyində istər icra hakimiyyəti idarəetməsində, istərsə də yerli ozunüidarəetmə sahəsində vəziyyət belədir.


Belediyye.net

Sorğu

Copyright 2022 BELEDIYYE.NET.