Ümid yaradan məqam bələdiyyənin mövcuduğunu qoruyub saxlamasıdır - Bələdiyyə sədri

  • 4 mart, 12:23
  • 0000, 00:00

Ümid yaradan məqam bələdiyyənin mövcuduğunu qoruyub saxlamasıdır - Bələdiyyə sədri

Astara rayon Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev Belediyye.netin suallarını cavablayıb.

Rüfət Əliyev əməkdaşımızın, "Hamoşam bələdiyyəsi nə işlə məşğuldur?", sualına belə cavab verib: 

"Bələdiyyə müəyyən edilmiş ərazi daxilində yerli özünüidarəni təşkil edən yeganə seçkili qurumdur. Öz ərazisində yolların təmiri, ekaloji mühitin qorunması, bələdiyyə ərazisində olan prespektiv torpaqlarının aidiyyəti üzrə ayrılması, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkili, monitorinqlərin keçirilməsi və bu kimi işlərlə məşğuldur".

-Hamoşamın büdcəsi necə formalaşıb?

-Bələdiyyə büdcəsi balansında olan torpaq sahələrinin və əmlakının satışı, icarəsi, torpaq və əmlak vergisi, ianələr və dövlət dotasiyası ilə formalaşıb. Toplanan büdcə vəsaitlərinin xərclənməsinə bələdiyyə məclisi tərəfindən qərar verilir. 

Rüfət Əliyev bu sahədə problemlərin yaranmasını qanunvericiliklə əlaqələndirib.

-Fəaliyyət imkanları məhduddursa bələdiyyələr niyə yaradılıb?

-Fəaliyyət imkanların məhdudluğuna gəlincə. Bu daha çox mövcud qanunvericiliklə bağlıdır. Bələdiyyələr yaradılanda gözlənilirdi ki, tədricən icra strukturlarının səlahiyyətləri bələdiyyələrə verilsin, icra strukturları ləğv olunsun. 1998 -ci ildə Azərbaycan bununla bağlı AŞ qarşısında öhdəlik götürüb, 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilib. Təəssüf ki, o dövrdən sonra bu istiqamətdə hər hansı bir irəliləyiş olmayıb. Ümid yaradan məqam bələdiyyənin mövcuduğunu qoruyub saxlamasıdır.


Belediyye.net

Sorğu

Copyright 2022 BELEDIYYE.NET.