Qanunu sevməyənləri müdafiə edirlər, çünki ortaqdırlar - ŞİKAYƏT

  • 14 noyabr 2021, 22:02
  • 0000, 00:00

Qanunu sevməyənləri müdafiə edirlər, çünki ortaqdırlar - ŞİKAYƏT

Nefçala rayonunun Mürsəqulu kənd sakini Çingiz Səmədov pay torpaqlarının qanunsuz özəlləşdirilməsindən şikayətçidir. Kənd sakini Belediyye.netin əməkdaşının mövzu ilə bağlı suallarını cavablandırıb.

“1996-cı ildə torpaq islahatı olanda asfaltın düz ətəyində 63 hektar Perespektiv İnkişaf fonduna torpaq saxladıq. Həmin torpağı püşkə salmadıq. Camaat belə qərara gəldi ki, hazırda buna ehtiyac yoxdur, bu torpaq qalsın gələcəkdə ev tikənlər üçün. 2002-ci ildən bələdiyyə sədri işləyən Səlimov Əlibala Xanəhməd oğlu 20 ildən artıq həmin yeri zəbt elədi, hətta koperativ adı ilə Kənd Təsərrüfatı naziri İnam müəllimi də gətirdi bura, guya burada koperativ yaradıb. Sabirabaddan da bir qadınla yarış keçirirdilər. Camaat təəccüb içində idi ki, necə olur bu qədər vəzifəli şəxslər burada gəlib aldanırdılar...

Yuxarıda oturanlar da inanır bunun koperativ yaratmağına.”, Çingiz Səmədov bildirib.

“Həmin torpağın 9 hektarını 2018-2019 -cu illərdə Səlimov Özal Əlibala oğlunun adına dələduzlarla əlbir olaraq, qanunu sevməyənlərlə birlikdə saxta sənəd düzəldərək özəlləşdirdilər.  Həmin sənədə görə həmin ərazi 9 hektardır, ancaq əslində 15 hektardır. İndi kənd camaatı hara gedir, nə edir ev yeri götüə bilmir. Çünki o torpaqlar Əlibala Səlimovun oğlu Özalın adınadır. Sənədi də əlində.”, kənd sakini əlavə edib.

“Altmış nəfərin imzası ilə Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Prezident Aparatı, DTX-dan belə hər yerə müraciət etmişik. Şikayət edənlərdən həmin yerlərə dəvət olunub, gediblər də, lakin bu günə kimi, şikayətimizə baxılmayıb. Bu günə qədər məsələ ilə bağlı yuxarı qurumlara 73 teleqram vurmuşuq, 60 nəfərin imzası ilə - eləbil biz bu ölkədə yaşamırıq, şikayətimizə baxan yoxdur. Elə boş qəbzlər gəlir üstümüzə.

Bələdiyyələrin özbaşınalışının əsas səbəbkarı Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəhbəri Rəhman Məmmədov və Şirvan şəhər bələdiyyələrlə iş mərkəzinin rəhbəri Nizami Hüseynovdur. Bu iki şəxs bütün saxtakarlıqların başında durur, bunları da müdafiə edirlər -Çünki ortaqdırlar. Vəziyyət kənddə çox ağırdır.”, -sözləri ilə fikirlərini yekunlaşdıran Çingiz Səmədov kənd camaatı adından çarəsizliklərini ifadə edib.

 

Xatırlatma


Nefçala rayonun Xolqaraqaşlı bələdiyyəsinin keçmiş sədri Əlibala Səlimov barəsində bundan öncə də kənd sakinləri tərəfindən iddialar səsləndirilib. İddiaya görə kəndlilər kənddə gələcəkdə yeni təsərrüfatlar yaranacağı təqdirdə ev tikintisi üçün ayrılan ərazini torpaq bölgüsünə qatmadıqlarını, Əlibala Səlimovun isə kəndlilərin övladlarının ev tikintisi üçün nəzərdə tutduqları 15 hektarı öz oğlu Özal Səlimovun adına özəlləşdirdiyi deyilir. Şikayətçilərin bildirdiyinə görə 9 hektarda koperativ yaratmaq adı ilə özəlləşdirilən ərazi 15 hektardır.

Kəndlilər şikayətlərinə aidiyyatı qurumların rekasiya vermədiklərini bildirirlər.




Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.