Köhnə Məhəllə “çaqqal yuvası”na çevrilib

  • 29 mart, 07:46
  • 0000, 00:00

Köhnə Məhəllə “çaqqal yuvası”na çevrilib

Neftçala rayon “Köhnə Məhəllə” sakinləri aidiyyatı qurumların onların üzləşdiyi problemlərə laqeydliyindən şikayətçidirlər.

Sakinlərin Belediyye.netə verdiyi məlumata görə, Köhnə Məhəllə sözün əsl mənasında “çaqqal yuvası”na çevrilib.

Neftçala rayonunda Polis İdarəsinin arxasinda yerləşən bu küçədə yollar bərbaddır. Yağışlı günlərdə məhəllə palçıqdan keçilməz olur.

Burada zibil konteynerləri qoyulmayıb deyə sakinlər məişət tullantılarını hara gəldi atırlar.

Məhəllədə az sayda zibil konteyneri var ki, onlar da vaxtlı-vaxtında daşınmadığına görə itlər, çaqqallar zibili dağıdıb məhəllə ilə bir edirlər.

Əməkdaşımızın ərazidən hazırladığı fotoreportajdan da göründüyü kimi məhəllə çəngəllik kimidir. Bu səbəbdən çaqqallar burada yuva qurub.

İmkansız ailələrin çoxluq təşkil etdiyi məhəllə sakinlərinin əksəriyyətinin daş hasarı yoxdur. Bu da çaqqallara gecə-gündüz meydan verir. Evlərin həyətinə qədər soxulurlar.

Sakinlərin dediyinə görə saat 7-dən sonra küçədə qalan böyüklərin, hazırlıqdan gələn uşaqların həyatı  üçün təhlükə var. İnsanlar hər an vəhşi heyvanların hücumuna məruz qala bilərlər.

“Köhnə Məhəllə”  sakinləri bu anormal vəziyyətlə aidiyyatı qurumların maraqlanmadığını deyirlər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.