Xaçmazda suvarma kanalında zibil axır

  • 30 mart, 07:31
  • 0000, 00:00

Xaçmazda suvarma kanalında zibil axır

Xaçmaz rayonunun Arzu kəndində antisanitariya baş alıb gedir. 

Belediyye.netə danışan sakinlər bildirilər ki, aidiyyatı qurumlar məsələnin həlli yolunda hər-hansı addım atmaq fikrində deyillər. 

Arzu sakinlərinin əsas problemi kəndlərində zibil konteynerlərinin qoyulmamasıdır. 

Kənd çirkab içində itib batır. Məişət tullantılarını atmağa yer tapmayan sakinlər suvarma kanalıının kənarlarına atırlar. Halı ilə bu əraziyə atılan zibillər də kanala tökülür. 

Məsələ ilə bağlı Belediyye.netin sorğusunu cavablayan  "Xaçmaz Rayon Sudan İstifadəedənlər Birliyi" nin sədri Niftəli Əspəndiyev bildirdi ki, " Sözügedən suvarma kanalı tərəfimizdən dəfələrlə təmizlənib. Lakin sakinlər tullantıları yenidən suvarma kanalına atırlar. Ən əsası da suvarma kanalını təmizləyərkən kanalın üzərində tikilən obyektlər imkan vermir deyə kanalın içini texnika ilə tam təmizləyə bilmirik.

Xaçmaz Rayon Arzu kənd bələdiyyəsinin sədri Faiq Məhərrəmov da məsələ ilə bağlı sorğumuza münasibət bildirib. Deyib ki, "Biz dəfələrlə bələdiyyə olaraq ərazinin təmizlənməsi istiqamətində işlər aparsaq da sakinlər zibili suvarma kanalına yenidən atırlar. Zibil qutuları da qoyduq, pulunu vermədilər. Obyektlərin kanalın üzərində tikilməsi isə məni də təəccübləndirir".

Bələdiyyə sədrinin açıqlamasından da aydın olur ki, ərazidə dövlət və ya bələdiyyə hesabına zibil konteynerlərinin yerləşdirilməsi planda yoxdur.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.