Bakının zibil problemi: evim təmiz, çölüm natəmiz

  • 30 mart, 10:05
  • 0000, 00:00

Bakının zibil problemi: evim təmiz, çölüm natəmiz

Bakıda yarımtikili binada antisanitar vəziyyət hökm sürür.

Belediyye.net yazır ki, bu haqda 29 mart tarixində Bakuplus.az-a məlumat yayıb.

Paytaxtın mərkəz hissələrindən biri olan Nərimanov rayonu, Atatürk parkı, Narınc Psixoloji Mərkəzinin yanında yaşayan sakinlərin əsas narahatlıqları məhəllələrində olan yarımtikilidə antisanitar vəziyyətin olmasıdır. Məlum olub ki, bina hasarlanmadığından, yaxınlıqda yaşayanlar buraya məişət tullantılarını atırlar.

Həmçinin yayda sakinlər pis qoxu səbəbəbindən pəncərələrini aça bilmirlər.

Vətəndaşlar bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmır.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.