Yasamal bələdiyyəsi problemləri həll etməkdən boyun qaçırır – ŞİKAYƏT

  • 30 mart, 18:37
  • 0000, 00:00

Yasamal bələdiyyəsi problemləri həll etməkdən boyun qaçırır – ŞİKAYƏT

Bakı şəhəri Yasamal rayon ikinci Alatava qəsəbəsi sakinləri yollarının bərbad olmasından şikayətçidirlər.

Belediyye.net xəbər verir ki, qış aylarında qəsəbənin ara yolları daha da pis vəziyyətə düşür. Yağış yağan kimi təmirsiz yollar gölməçələrə çevrilir.

Sakinlər bildirilər ki, aidiyyatı qurumlar da onların vəziyyətindən xəbərdardırlar. Buna baxmayaraq ölçü götürülmür. Yollarının belə olmması səbəbindən təcili yardım maşınları belə onların çağırışlarına gələ bilmir.

“On ildən çoxdur burada yaşayıram, eyni vəziyyətdir. Mən buraları belə görmüşəm. Maraqlanan yoxdur. Uşaqlarımız məktəbə, özümüz işə, dükana, bazara gedəndə eyni zülmü çəkirik. Zibil atmağa da yer tapmırıq. Qəsəbədə zibil konteynerləri yox səviyyəsindədir”, -şikayətçi sakinlərdən biri bildirir.

İkinci Alatava qəsəbəsində normal kanalizasiya sistemi də yoxdur. Yağışlı günlərdə qrunt sularına qarışan kanalizasiya suları antisanitar vəziyyət yaranmasına səbəb olur.

Məsələ ilə bağlı Yasamal bələdiyyəsinə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, vətəndaşlar kanalizasiya ilə bağlı Su-Kanal İdarəsinə, yol üçün Yol İdarəsinə, zibi qutuları ilə bağlı Mənzil İstismar İdarəsinə müraciət etsinlər.

Bələdiyyə sədri “Bəs bələdiyyə nə üçündür?”, -sualımıza belə cavab verdi. “Bələdiyyə sözügedən qurumlara dəstək vermək üçündür”.

Geniş reportaja buradan baxın

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.