Binəqədinin bələdiyyə sədrləri problemləri həll etməyə yox, torpaq satmağa gəlirlər - ŞİKAYƏT

  • 31 mart, 14:48
  • 0000, 00:00

Binəqədinin bələdiyyə sədrləri problemləri həll etməyə yox, torpaq satmağa gəlirlər - ŞİKAYƏT

Bakı şəhəri Binəqədi rayon Mikayıl Ələkbərov küçəsinin sakinləri şikayətçidirlər.

Belediyye.net yazır ki, sakinlər aidiyyatı qurumların onların problemlərinə laqeydliyindən şikayət edirlər.

Sakinlər deyirlər ki, Binəqədi kəndinə gələn hər bələdiyyə sədri vətəndaşa xidmət etməyə yox, torpaq satmağa gəlir.

“Bu günə qədər bura neçə sədr gəlib piyada gəlib, bahalı maşınla gedib. Binəqədinin torpağını satmaqla məşuldurlar”, -sakinlərdən biri bildirir.

Sakinlər uzun zamandır davam edən kanalizasiya problemindən şikayətçidirlər. Evlərinin zirzəmilərinə dolan üfunətli kanalizasiya suları təmirsiz yolların çala-çökəyinə dolaraq göllənir.

Sakinlər qarşıdan gələn isti günlərdə üfunətin daha da çoxalacağı, antisanitar vəziyyətin kritikləşəsəyini dərd edib narahatlıqlarını dilə gətirdiklərini deyirlər.

Sakinlər bildirir ki, kənd bələdiyyəsinə müraciət etsələr də, texnikanın olmamasını səbəb gətirərək problemi həll etmirlər.

“350 ailə burada zülüm çəkirik. Təkcə problemimiz kanalizasiya da deyil. Yol, kanalizasiya, zibil problemi qəsəbədə kök salıb”, -başqa bir sakin belə deyir.

Belediyye.net Binəqədi bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsa da zənglərimizə cavab verən olmadı. 

Geniş reportaj buradan bax

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.