Goranboy rayon Şıxlar kəndində su problemi - ŞİKAYƏT

  • 1 aprel, 10:48
  • 0000, 00:00

Goranboy rayon Şıxlar kəndində su problemi - ŞİKAYƏT

Goranboy rayon Şıxlar kəndində sakinlər səlahiyyətli şəxslərin özbaşınalığından şikayətçidirlər.

Belediyye.netin məlumatına görə Şıxlar kənd sakini Ələdddin Əliyev əkin sahəsini suvara bilmir.

Problem suvarma suyunun yoxluğundan yox, işlək artezian quyusundan ona su verilməməsindən qaynaqlanır.

Müsahibimizin sözlərinə görə, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə istifadəyə verilən suvarma suyundan o istifadə edə bilmir. Ələddin Əliyev bunun səbəbi kimi subertezian quyusunu fərdi şəxsə verilməsini göstərir. Şıxlar kəndində əhalinin əsas məşğuliyyəti əknçilik olduğundan sözügedən yaşayış massivində süvarma suyuna ehtiyac böyükdür.

Kənddə yaranan bir digər problem də yararsız subartezian quyularının bəzilərinin istismar müddətinin bitməsi və 1960-cı illərdə qazılan quyuların indi tam gücü ilə işləməməsidir. Sakinlər deyir ki, subartezian quyularının ömrünü başa vurması səbəbindən əkin sahələri susuzluqdan yanır. Kənd bələdiyyəsinin olmaması yaranan vəziyyətə daha da pis təsir edir.

Görünüşə görə sakinlər dərdini deməyə qurum tapmır.

Problemlə əlaqədar Belediyye.net olaraq Goranboy rayon Suvarma Sistemlərinə sorğu göndərdik. Sorğumuza cavab olaraq bildirildi ki, 2019-cu ildə istifadəyə verilən subartezian quyusunun ancaq bir nəfər tərəfindən istifadə edilməsi həqiqəti əks etdirmir.

“İstismar müddəti bitən və bu gün öz gücü ilə işləməyən subartezian quyularının bərpası üçün iş aparılır. Artıq rayon üzrə 134 belə subartezian quyusu müəyyən edilib. Bunun da 3-ü məhz Şıxlar kəndinin ərazisinə daxildir. 2022-ci ildə 6 ədəd quyu bərpa edilib, 20 ədəd subartezian quyusunun bərpası isə 2023-cü il üçün nəzərdə tutulub. Məlumat üçün onu da qeyd edək ki, Goranboy rayonu ərazisində 2020-ci ildə ölkə başçısının sərıncanı ilə 60-ədəd yeni subartezian quyusunun qazılması məqsədi ilə maliyə vəsaiti ayrlıb. Bir il sonra həmin quyular istifadəyə verilib. Cari ildə isə daha 10-ədəd subartezian quyusu qazılaraq istifadəyə veriləcək”, -rəsmi qurumdan verilən məlumatda belə deyilir.

Belediyye.net

 

Copyright 2022 BELEDIYYE.NET.