Hərəkət məhdudiyyəti olan Qarabağ qazisinin yol problemi var - ŞİKAYƏT

  • 1 aprel, 12:30
  • 0000, 00:00

Hərəkət məhdudiyyəti olan Qarabağ qazisinin yol problemi var - ŞİKAYƏT

Qaradağ rayon Qobusatan qəsəbəsindən şikayət var.

Belediyye.net yazır ki, Qaradağ rayon Qobustan qəsəbəsi 61-cı km küçəsinin sakini Qarabağ qazisi Rəcəbli Bəhram Fazil oğlu yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir.

"Fizulu uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Oktyabrın 2-də Kənd Horadiz uğrunda gedən döyüşlərdə başımdan snayper güllə yarası ilə kəllə-beyin travması almışam. Başımın bir hissəsi plastik materialla əvəz olunub. Bədənimin bəzi funksyaları və hərəkət qabliyyətimi itirmişəm. 2-ci qrup əliləm. Yaşadığım Qaradağ rayon Qobustan qəsəbəsi 61-ci km adlanan küçənin yolları bərbad vəziyyətdədir. Xahiş edirəm yola asfalt çəkilməsi üçün köməklik göstərəsiniz"
, -qazimiz yazır.

Rəcəbli Bəhram bizə yazaraq məsələni ictimailəşdirməyimizi, bəlkə bu yolla yol probleminin həllini tapacağına ümid etdiyini bildirir.

Ümid edirik aidiyyatı qurumlar öhdələrində olan bu problemi tezliklə həll edəcəklər.

Məsələni diqqətdə saxlayacağıq.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.