Neftçalada daha bir təmirsiz məktəb - Şagirdlər şüşəsiz pəncərələrdən qaçırlar

  • 1 aprel, 16:45
  • 0000, 00:00

Neftçalada daha bir təmirsiz məktəb - Şagirdlər şüşəsiz pəncərələrdən qaçırlar

Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta məktəb uçub-tökülür.

Belediyye.netə daxil olan məlumata görə, məktəbin sinif otaqlarının döşəməsi çöküb, divarları rütubətdən oyulub-tökülür. Sinif otaqlarının pəncərələrinin şüşələri də yoxdur.

Əməkdaşımız məktəbin içərisinə daxil olub çəkiliş aparmaq istəsə də, məktəb rəhbərliyi mane olub, çəkilişə imkan verməyib.

Məktəbin yalnız bayır divarlarını müxtəlif istiqamətlərdən çəkən əməkdaşımız deyir ki, "Məktəbi çəkməyə başlayanda mane olmağa çalışdılar. Dedilər ki, yaxın zamanlarda məktəb təmir olunacaq, çəkməyin".

Əldə etdiyimiz məlumata görə, son zamanlar Yeni Azərbaycan Partiyasının (YAP) Neftçala şöbəsinin sədri Neftçaladakı bütün təmirsiz məktəbləri tək-tək gəzərək vəd verir ki, yaxın zamanlarda bütün təmirsiz məktəblər təmir olunacaq. Hətta vaxt da verilib. Deyilib ki, guya bütün məktəblər yay tətilində "Heydər Əliyev fondu" tərəfindən təmir olunacaq.

Bu səbəbdən də, məktəb kollektivi məktəbin içərisində çəkiliş aparmağa imkan verməyib.

Qeyd edək ki, bundan öncə də, belə vədlər verilib. Lakin əməl olunmayıb. Məktəbin giriş hissəsi valideynlərin şəxsi vəsaiti hesabına təmir olunub.

Bundan öncə də Neftçalada yararsız məktəblər olması haqda məlumat vermişdik. 

Buna da bax Prezident gələcək deyə xarabalığa çevrilmiş məktəbin ön tərəfini təmir edirlər - FOTOREPORTAJ 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.