Ərçivançay məişət tullantıları ilə çirklənib

  • 5 aprel, 14:59
  • 0000, 00:00

Ərçivançay məişət tullantıları ilə çirklənib

Astara rayon Ərçivan qəsəbəsindən şikayət var.

Belediyye.netə daxil olan məlumata görə, Astara rayon Ərçivan qəsəbəsinin ərazisindən keçən Ərçivançay məişət tullantıları ilə çirklənib. 

Şikayət edən sakinlər bildirirlər ki, Ərçivan qəsəbəsində bir dənə də olsun zibil konteyneri yoxdur. Bu səbəbdən məişət tullantılarını hara gəldi atan sakinlər Ərçivançayın sahillərini hədəf seçirlər. Nəticədə fotolarda gördüyünüz xoşagəlməz görüntülər yaranır. 

ŞIikayət edən sakinlər deyirlər ki, aidiyyatı qurumlar məsələ ilə maraqlanmırlar.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.