Şəmkir sakinləri bu il yerli və xarici bazara məhsul çıxara bilməyəcək - ŞİKAYƏT

  • 13 aprel, 16:59
  • 0000, 00:00

Şəmkir sakinləri bu il yerli və xarici bazara məhsul çıxara bilməyəcək - ŞİKAYƏT

Şəmkir rayonunun Yeniyol kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər.

Əsas məşğuliyyətləri əkinçilik olan kənd sakinləri indi çıxılmaz vəziyyətdə qalıblar.

Sakinlər susuzluqdan əziyyət çəkdiklərini, bu səbəbdən məhsuldarlığın aşağı düşdüyünü deyirlər. Dolanışıqları torpaqdan çıxan sakinlər dolana bilmədiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, Şəmkir rayonunda suvarma sisteminin yaxşılaşdırılması üçün ölkə başçısının sərəncamı ilə 2021-ci ildə 10-ədəd subartezian quyusunun vurulmasına göstəriş verilib.

Nəzərdə tutulan subartezian quysunun biri də, Yeniyol kəndinin ərazisinə düşüb. Təyinatı üzrə işlərə başlansa da qısa müddət sonra yarımçıq saxlanılıb. Yeniyol kəndində əsasən göyərti məhsulları əkilir.

Hansı ki, bu məhsillar yerli və Rusiya bazarına çıxarılır. Görünüşə görə bu il məhsul demək olar ki, olmayacaq. Su problemi kəndin hektarlarla taxıl sahələrini də boş qoyub. İndi sahələri nə əkən var, nə də biçən. Rəsmi rəqəmlərə əsasən Yeniyol kəndində 450 ha əkinə yararlı torpaq mövcuddur. Bu torpaq sahələrinin 280-hektarının suvarılmasında ciddi problemlər yaşanır.

Sadə kəndlilərin düşdüyü ağır vəziyyətə yerli qurumlar da fikir vermir. Bələdiyyə və icra nümayəndəliyi də susuz qalan Yeniyol kəndinin üzləşdiyi acınacaqlı duruma biganəlik nümayiş etdirirlər.

Məsələyə münasibət almaq üçün Belediyye.net olaraq Şəmkir rayon Suvarma Sitemləri İdarəsinə üz tutduq. Qurumdan bildirildi ki, Yeniyol kəndinin sakinlərinin narahatçılığına əsas yoxdur. İşlər növbəlilik prinsipi əsasında aparılır, kəndin suvarılması üçün nəzərdə tutulan suvarma quyusu aprel - may ayında istifadəyə veriləcək.

Hər-halda ümid edək ki, verilən vədlər sözdə yox əməldə həllini tapacaq. Yeniyol kəndinin suya olan ehtiyacı rəsmi qurundan verilən açıqlamadakı kimi aradan qaldırılacaq.

Geniş sujetə buradan bax

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.