Neftçalada Nizami Gəncəvi adına 3 saylı məktəb də “xaraba məktəblər” sırasındadır

  • 14 aprel, 12:40
  • 0000, 00:00

Neftçalada Nizami Gəncəvi adına 3 saylı məktəb də “xaraba məktəblər” sırasındadır

Məktəbin istilik sistemi işləmir, divarları təmirsizdir – dağılır, pəncərə çərçivələri çürüyüb, şüşələri yoxdur – pəncərələrə “pəsə-püsə” tutulub, taxta və digər vasitələrlə qapadılıb, pəncərə effektindən əsər-əlamət qalmayıb.

Neftçala şəhərində məktəblərin uçub-tökülməsi barədə çox yazılır, deyilir.

Neftçalada məktəblərin bu vəziyyətdə olması ilə bağlı hər dəfə məlumat veriləndə insanlar təəccüblənir, hətta indiki dövrdə belə məktəblərin var olmasına inanmırlar.  Haqlı olaraq inanmırlar ki, iyirmi birinci əsrdə Azərbaycan kimi ölkədə ümumtəhsil məktəbləri uçub – tökülür. Hansı ki, az qala hər gün “Təhsilin İnkişafı Fondu” nün fəaliyyətindən, təhsilin inkişafına dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitdən danışılır.

Əgər dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır, təyinatı üzrə xərclənmirsə bu cinayətdir. Yox, ümumiyyətlə bu istiqamətdə bu günə qədər dövlətin hər-hansısa planı, hərəkətlənməsi olmayıbsa daha da qəbahətlidir. 300, hətta 500-dən çox şagirdin təhsil aldığı məktəbləri gözdən çıxarıb təhsilin inkişafından danışmaq mümkün deyil. Reallıq isə fərqlidir. Ağız dolusu danışılır.

Belediyye.net yazır ki, Neftçala şəhərində yerləşən Nizami Gəncəvi adına 3 saylı məktəb də, “xaraba məktəblər” sırasında olanlardandır. Məktəbin istilik sistemi işləmir, divarları təmirsizdir – dağılır, pəncərə çərçivələri çürüyüb, şüşələri yoxdur – pəncərələrə “pəsə-püsə” tutulub, taxta və digər vasitələrlə qapadılıb, pəncərə effektindən əsər-əlamət qalmayıb.

Azərbaycan Respublikasında Təhsilin Strategiyası dövlət layihəsini geniş şərh etmək fikrində deyilik. Lakin strategiyada qeyd olunan ölkə qarşısında duran növbəti strateji vəzifənin sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarət olduğu deyilməsi reallıqla təzad təşkil edir. Bu səbəbdən suallar yaranır.

Modernləşmə və iqtisadi inkişaf necə aparılır?

Azərbaycanda təhsil sahəsində beynəlxalq təcrübə və meyillər mümkündür. Bu istiqamət üçün imkanlar və maraq necə təşkil olunub sual doğurur. Hazırkı şərtlərdə (Neftçala məktəblərində) bu imkanlara necə nail olmaq olar?

Yoxsa Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması ancaq mərkəz üçün nəzərdə tutulub?

Qeyd edək ki, artıq bundan öncə də Neftçalada başqa məktəblərin də, “xarabalıq nümunələri” olması haqda yazmışdıq.

Buna da bax: Prezident gələcək deyə xarabalığa çevrilmiş məktəbin ön tərəfini təmir edirlər - FOTOREPORTAJ

Buna da bax: Neftçalada daha bir təmirsiz məktəb - Şagirdlər şüşəsiz pəncərələrdən qaçırlar

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.