Astarada kanalizasiya suları zirzəmiyə dolub: ŞİKAYƏT

  • 15 aprel, 11:54
  • 0000, 00:00

Astarada kanalizasiya suları zirzəmiyə dolub: ŞİKAYƏT

Astara şəhərindən şikayət var.

Belediyye.netin məlumatına görə Astara şəhər Səməd Vurğun küçəsinin sakinləri şikayətçidirlər. Yaşadıqları binanın zirzəmisinə kanalizasiya suları dolan sakinlər nə edəcəklərini bilmirlər.

Sözügedən ərazidəki 1 nömrəli binanın sakinlərinin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, üfunətdən evlərində otura bilmirlər. Sakinlər deyirlər ki, ilin bütün fəsillərində nə evdə, nə də həyətdə ağcaqanad əlindən tərpənmək mümkün deyil.

Sakinlər iddia edirlər ki, yaşadıqları binanın zirzəmisində uzun müddətdir belə acınacaqlı vəziyyət hökm sürür. 

Şikayətçilər aidiyyatı qurumların problemləri ilə maraqlanmadığını deyirlər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.