Neftçalada hasarlara rəsmlər çəkilir – Yol problemi bu yolla həll edilir?

  • 22 aprel, 10:24
  • 0000, 00:00

Neftçalada hasarlara rəsmlər çəkilir – Yol problemi bu yolla həll edilir?

Neftçala rayonunun yol problemi bu gün də aktualdır.

Neftçala şəhərini əhatə edən yollar, Qoltuq- M.Ə.Rəsulzadə- Mayak-2 yolunun, Neftçala şəhəri Mərkəzi qəbiristanlığa (Pir yolu) gedən yolun yenidən qurulması üçün işlər aparılır deyilsə də, Belediyye.netin məlumatına görə sözügedən yolun yalnız bir hissəsi təmir olunub.  

Məlumata görə Bankə qəsəbəsinin giriş hissəsindən 30-40 m ərzidə divarlar rəsmlərlə bəzədilib, bir qədər irəlidə isə sadəcə hasarlar sarı boya ilə boyanıb.

Qoltuq- M.Ə.Rəsulzadə- Mayak-2 yolunun bir hissəsi təmir olunub. Mərkəzi qəbristanlığa gedən(Pir yolu deyilən yol) isə hazırda bərbad vəziyyətdədir.

Məsələnin əsas tərəfi ondan ibarətdir ki, yolun mərkəzi və göz önündə olan hissəsi təmir olunsa da, ara yollara ümumiyyətlə baxılmır.

Neftçalanın rəsmi qurumlarının yaydığı məlumatda isə, “Neftçala şəhərini əhatə edən Qoltuq- M.Ə.Rəsulzadə- Mayak-2 yolunun, Neftçala şəhəri Mərkəzi qəbiristanlığa (Pir yolu) gedən yolun yenidən qurulması üçün işlər aparılır və umumilikdə 29 km yolun yenidən qurulması nəzərdə tutulub”, deyilir.

Lakin yerli sakinlər aradabir, alayarımçıq aparılan “yol təmiri işləri”nə şübhə ilə yanaşırlar. Deyirlər ki, mütləq kimsə gələcək deyə yolun göz qabağında olan bir hissəsi təmir olunur, ara yollar isə gözdən çıxarılıb.

Sakinlər deyirlər ki, bu yolların təmiri ilə birbaşa məşğul olmalı olan bələdiyyə vətəndaşların qarşısına çıxıb hər-hansı vəd də vermir. Bu səbəbdən göz boyamaq üçün hasarların bir hissəsinin boyanmasının nəzərdə tutulan yolun sonuna qədər bəzədiləcəyinə, abadlıq işlərini davam etdirəcəklərinə də şübhə ilə yanaşırlar.

Bir sözlə, sakinlər bu günə qədər əsaslı təmir işləri aparmayan aidiyyatı qurumların Neftçalada iri miqyaslı təmir işləri aparacağına inanmırlar.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.