Ailə-kəndli təsərrüfatının uçotunu ərazilər üzrə müvafiq bələdiyyələr aparmalıdır

  • 26 aprel, 13:30
  • 0000, 00:00

Ailə-kəndli təsərrüfatının uçotunu ərazilər üzrə müvafiq bələdiyyələr aparmalıdır

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatının uçotunu ərazilər üzrə müvafiq bələdiyyələr aparır. Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini, əmək stajını təsdiq edən müvafiq vəsiqələr bələdiyyələr tərəfindən verilir.

Yerli özünüidarəetmə orqanları “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçməli, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları sistemə daxil etməlidirlər.

Həmçinin, ailə kəndli təsərrüfatı üzvü haqqında məlumatlar sistemə daxil edildikdən sonra uçota alınmış təsərrüfat üzvünün vəsiqəsinin real vaxt rejimində formalaşdırılması həyata keçiriləcəkdir. Bundan sonra bələdiyyə sədrinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra vəsiqənin (real vaxt rejimində müvafiq nömrə verilərək) təsərrüfat üzvünə məxsus elektron kabinetdə yerləşdirilməsi nəzərdə tutulur.

Aşağıdakı hallarda bələdiyyə əmlakının (aktivlərin və öhdəliklərin) inventarizasiyası mütləq aparılmalıdır:

1. satıldıqda, alındıqda, icarəyə və istifadəyə verildikdə,

2. maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü),

3. oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə,

4. yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə,

5. mühasibat uçotu subyektinin aktivləri və öhdəlikləri yenidən qiymətləndirildikdə və s.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.