Göygöl rayonunun Gəncə kəndinin problemləri aşıb-daşır: ŞİKAYƏT

  • 27 aprel, 18:58
  • 0000, 00:00

Göygöl rayonunun Gəncə kəndinin problemləri aşıb-daşır: ŞİKAYƏT

Göygöl rayonunun Gəncə kəndinin sakinləri su üzünə həsrət qalıb.

Belediyye.netin məlumatına görə uzun illərdir Gəncə kəndi su ilə təmin olunmur.

Sakinlər əkin sahələrini suvarmaq üçün su tapmadıqlarını deyirlər.

Hazırda kəndin yeganə ümidi ərazidən keçən su kanalıdır. Kanalda su olarsa sakinlər qismən də olsa suya olan ehtiyaclarını ödəyirlər. Gəncə kəndinin 100-dən artıq sakini var. Kəndə gedənlər ilk baxışdan elə təsəvvür edə bilərlər ki, kənd sakinlərinin əsas məşğuliyyəti su daşımaqdır. Hara baxsan su daşıyan insanları görərsən. Bu səbəbdən Gəncə kəndinə yolu düşənlər burada hərənin əlində su daşımaq üçün araba görsə təəccüblənməsin. İş o yerə çatıb ki, problemdən yaranan “sudaşıma vərdişinə görə” el arasında Gəncə kəndinə arabaçılar kəndi də deyilir.

Kəndin su ilə yanaşı yol problemi də var. Yağışlı-qarlı havalarda bura nə təcili yardm gələ bilir, nə də yanğın söndürənlər. Necə deyərlər ümid qalır Allaha.

Kəndin problemi günbəgün artsa da yaranan acınacaqlı vəziyyət aidiatı qurumları narahat etmir. Vəziyyət isə getdikcə ağırlaşır. Biz də öz növbəmizdə sakinlərin problemini lazımı qurumlara çatdırdıq.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, Gəncə kəndinə “Azərsu” xidmət göstərmir. Bənzər cavabı Göygöl Suvarma Sistemləri İdarəsindən də eşitdik. Yola gəlincə, kənd bələdiyyəsi məsələni aidiatı qurumların diqqətinə çatdırdığını deyir.

Düzdür bələdiyyə sədri Asif Bayramov səhətində yaranan problem səbəbindən üzə çıxmasa da telefon vaistəsi ilə sullarımızı cavablandırdı. Hər-halda biz real vəziyyəti çəkib göstərdik, aidiyyatı qurumlar da gördülər.

Ümid edək ki, aidiatlı orqanlar bu kadrlardan sonra kənd sakinlərinin görməzdən gəldikləri problemlərini daha yaxşı gördülər və lazımı addımları atacaqlar.

 

Geniş sujetə buradan bax

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.