ŞİKAYƏT: Neftçala rayon Yeni qışlaq kəndi dövlətin yadından çıxıb?

  • 4 may, 16:18
  • 0000, 00:00

ŞİKAYƏT: Neftçala rayon Yeni qışlaq kəndi dövlətin yadından çıxıb?

Neftçala rayon "Yeni qışlaq" kəndi dövlət diqqətindən kənarda qalıb.

Belediyye.netə yazaraq şikayət edən Yeni qışlaq sakinlərinin məşğuliyyətləri balıqçılıq və kənd təsərrüfatından ibarətdir.

Kənd rayon mərkəzindən 10 km-də yerləşir. Yaxın məsafədə olsalar da, yollarının bərbad vəziyyətdə olmasından şikayət edirlər. Sakinlər deyirlər ki, "Kəndin 200 metrliyindən Yardımlı, Masallı rayonlarına qaz xətti gedir. Buna baxmayaraq Yeni qışlağa qaz çəkdirmək heç kimin ağlına gəlmir. Hara da şikayət edirik bu kəndin qazlaşdırılması hər-hansı dövlət layihəsində yoxdur, deyərək yanar qazı unutmağı tövsiyə edirlər".

Yaşıllıq üzünə həsrət qalan sakinlər yandırmağa odun da tapmırlar. Əlacsız qalan sakinlər yanacaq üçün heyvan təzəyindən istifadə edirlər.

Kənd sakinləri susuzluqdan da əziyyət çəkirlər. Pay torpaqlarının susuzluqdan yararsız vəziyyətdə olduğunu, taxıl sahələrinin məhv olduğunu deyirlər.

Kəndə baş çəkən əməkdaşımız Yeni qışlaqda hər tərəfin zibillik, zibilliklərin sahibsiz itlərlə dolu, ara yolları dağılmış, arxı olmadığına görə palçıqdan evlərin yola düşən divarların rütubət çəkdiyini və barıların uçduğunu deyir.

İndiki dövrdə rayon mərkəzinə yaxın Yeni qışlaq kəndinin komunikasiya imkanlarının pis, yaşayış səviyyəsinin aşağı olması məyusedicidir.

Aidiyyatı qurumların sakinlərin haqlı tələblərinə, " Yeni qışlağın bu problemlərini həll etmək dövlət proqramında yoxdur", cavabı verərək rədd etməsi yolverilməzdir.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.