Bələdiyyə torpaqlarına çıxarışın alınması üçün hansı sənədlər tələb olunur?

  • 6 may, 14:06
  • 0000, 00:00

Bələdiyyə torpaqlarına çıxarışın alınması üçün hansı sənədlər tələb olunur?

-Bələdiyyə tərəfindən vətəndaşlara ayrılan torpaqlara dair dövlət reyestrindən çıxarışın alınması üçün hansı sənədlər tələb olunur?

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi tələb olunur. 01.12.2007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur.

Vətəndaş qeyd olunan sənədlər və şəxsiyyət vəsiqələri ilə Əmlak Xidmətləri Məkanına (Bakı şəhərində yerləşən daşınmaz əmlaka dair) və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşa bilər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.