Baş nazir bələdiyyələrlə bağlı qərar imzaladı

  • 11 may, 15:30
  • 0000, 00:00

Baş nazir bələdiyyələrlə bağlı qərar imzaladı

"Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Belediyye.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 417 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2018, № 9, maddə 1945) aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin: “

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

2 2. Həmin Qərarla təsdiq edilmiş “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı” üzrə:

2.1. 2.1.2-ci yarımbənddə “fiziki şəxslərin torpaq və əmlak vergisinin” sözləri və

3.1-ci bənddə “Fiziki şəxslərin əmlak və torpaq vergisinin” sözləri “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisinin və həmin Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisinin” sözləri ilə əvəz edilsin;

2.2. “Qeyd” hissəsi ləğv edilsin.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 may 2022-ci il № 181

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.