Boyat məktəbliləri: Biz belə məktəbdə oxumaq istəmirik

  • 12 may, 18:36
  • 0000, 00:00

Boyat məktəbliləri: Biz belə məktəbdə oxumaq istəmirik

"Yağış, qar yağanda yağıntı suları başımıza tökülür. İstilik sistemi yoxdur. Soyuq havada sinifdə otura bilmirik. Ayaqyolu belə məktəbdən uzaqda yerləşir. Biz belə məktəbə getmək istəmirik"

Neftçala rayon Boyat kənd məktəbi təmirsiz vəziyyətdədir. 

Belediyye.netin məlumatına görə 120 nəfərə yaxın şagirdin təhsil aldığı Boyat məktəbi uçub-tökülür.

30 ildən çoxdur istifadəyə verilən məktəb o vaxtdan sonra bir daha təmir olunmayıb. Məktəbin pəncərə şüşələri sınıb-tökülüb. Divarların suvağı qat verib qopur. 

Məktəbin şagirdləri əməkdaşımızla söhbət edərkən bildiriblər ki, "Yağış, qar yağanda yağıntı suları başımıza tökülür. İstilik sistemi yoxdur. Soyuq havada sinifdə otura bilmirik. Ayaqyolu belə məktəbdən uzaqda yerləşir. Biz belə məktəbə getmək istəmirik".

Boyat sakinləri məktəbin yolunun da bərbad vəziyyətdə olduğunu deyirlər.

Boyat məktəbi də Neftçaladakı digər "xaraba məktəblər" kimi baxımsızlıqda rekord qırır.

Adətən başqa bölgələrdə bu kimi problemləri işıqlandıranda ən azından aidiyyatı qurumlar reaksiya verir. Hansısa vəd verir, necə deyərlər, "yağmasalar da, guruldayırlar". Yol, məktəb problemləri içində boğulan Neftçalada isə aidiyyatı qurumlardan səs çıxmır.

Səbəbi maraqlıdır...

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.