Türkan qəsəbəsində antisanitar vəziyyət hökm sürür:ŞİKAYƏT

  • 13 may, 11:18
  • 0000, 00:00

Türkan qəsəbəsində antisanitar vəziyyət hökm sürür:ŞİKAYƏT

Xəzər rayonu Türkan qəsəbəsində məişət tullantıları diə çatıb.

Belediyye.net Bizim.Media-ya istinadən yazır ki, Türkan sakinləri qəsəbədə hökm sürən antisanitar vəziyyətdən şikayətçidirlər.

Məlumatda Turkan yaşayiş massivinin zibilliyə büründüyü, küçələrə zibil qutularının yerləşdirilməməsi və aidiyyəti qurumların bu məsələyə biganəliyindən danışılır.

"Cox təəsuflər ki, zibil konteynerləri yalnız Turkan icra numayəndəliyi və qəsəbə bələdiyyəsinin binaları qarşısına qoyulub.

Küçələrdə zibil yeşikləri olmadığından sakinlər məişət tullantılarını işıq dirəklərindən asmaq məcburiyyətində qalırlar. Bədədiyyə sədri və icra nümayəndəsi nədənsə isti kreslolarından durub bu problemlə, əhalinin yaşayış tərzi ilə maraqlanmırlar. Qoyulan bir neçə zibil qutuları dolub daşır, amma vaxtında boşaldılmır.
Dəfələrlə müraciətlərimizə baxmayaraq, məsələ həll olunmur”, deyə məktubda qeyd olunub. 

Sakinlər uzun müddətdir məişət tullantılarının idarə olunmaması ilə bağlı problemdən təngə gəliklərindən şikayətləniblər. 

Məsələ ilə bağlı Türkan bələdiyyəsi və ərazi nümayəndəsi ilə əlaqə yaratdıq. Bələdiyyədən sədrin iclasda olduğu, müavinlərinin isə işdə olmadığı bildirilib. Ərazi nümayəndəsindən və Xəzər Rayon İcra Hakimiyyətindən isə zənglərimizə cavab verən olmayıb. 
Ümid edirik, problemi ictimailəşdirəndən sonra 12 mindən çox əhalisi olan Türkan qəsəbəsinin küçələrinə kifayət sayda zibil qutuları yerləşdiriləcək, üfunətə bürünən məişət tullantıları ərazidən yığışdırılacaq.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.