NEFTÇALA: Əkdiyim taxıl gözlədiyimdən zəif inkişaf edib, məhsuldarlığın aşağı olacağı gözlənilir

  • 13 may, 11:48
  • 0000, 00:00

NEFTÇALA: Əkdiyim taxıl gözlədiyimdən zəif inkişaf edib, məhsuldarlığın aşağı olacağı gözlənilir

Hazırda su növbəm çatıb, ancaq su yoxdur. Bütün əziyyətim heç oldu. Əkdiyim taxıl gözlədiyimdən zəif inkişaf edib, məhsuldarlığın aşağı olacağı gözlənilir"

Neftçala rayon Boyat kəndindən şikayət var.

Sakinlər yazaraq Belediyye.netə bildirirlər ki, problemləri çoxdur, baxan yoxdur.

Neftçalanın əksər kəndlərindəki kimi Boyat kəndinin də, yolları, xüsuilə yerli əhəmiyyətli yolları təmirsiz vəziyyətdədir. Uzun illər öncə çəkilən yollar sonradan bir daha təmir olunmayıb. Kənd sakinlərinin əsas və hazırda çox aktual olan problemlərindən biri də, su problemidir.

Su sahələrə növbəli şəkildə verilir deyə sakinlər ikiqat çətinliklə üzləşirlər. Sakinlərdən biri deyir ki, "Hazırda su növbəm çatıb, ancaq su yoxdur. Bütün əziyyətim heç oldu. Əkdiyim taxıl gözlədiyimdən zəif inkişaf edib, məhsuldarlığın aşağı olacağı gözlənilir".

Boyat kəndində ümumiyyətlə əkindən sonra sahələr suvarılmayıb.

Boyatda xəstəxana, aptekin olmaması narahatıq doğurur.

Qeyd edək ki, bundan öncə Boyat kəndində məktəbin təmirsiz olması barədə məlumat vermişdik.

Sakinlər aidiyyatı qurumların Boyat kəndinin problemləri ilə maraqlanmadıqlarını deyirlər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.