Şamaxıdan şikayət: Elektrik dirəklərini basdırmaq üçün yolumuzu dağıtdılar

  • 17 may, 16:37
  • 0000, 00:00

Şamaxıdan şikayət: Elektrik dirəklərini basdırmaq üçün yolumuzu dağıtdılar

Şamaxı sakinləri şikayətçidirlər.

Belediyye.netə yazan sakinlər deyirlər ki, elektrik çəkiləndə dirəklər basdırılan zaman Təbriz və Şəhriyar küçələrinin kəsişməsində olan ərazini dağıdıblar.

Tikinti işlərinin başa çatmasından 3 aydan çox vaxt keçməsinə baxmayaraq dağıdılan yol bərpa edilməyib. Qeyd edək ki, Şamaxı rayonu dağlıq olduğuna görə burada yağıntılar daha çox olur. Bu səbəbdən də yağış yağanda dağıdılmış yolda palçıqdan tərpənmək mümkün olmur. Yol elə vəziyyətdədir ki, nə insanlar, nə də avtomobillər hərəkət edə bilmir.

Sakinlər dəfələrlə şikayət etmələrinə rəğmən aidiyyatı qurumların ölçü goturmədiklərini deyirlər.

Saytımıza ünvanlanan məktubda bildirilir ki, adı gedən küçədə kifayət qədər əhali yasamasına baxmayaraq kanalizasiya sistemi də mövcud deyil. Ərazidə antisanitariya hökm sürür.

Belediyye. net

Copyright 2022 BELEDIYYE.NET.