Sakinlərə bəzi vədlər verilsə də, ortada iş yoxdur: ŞİKAYƏT

  • 18 may, 12:25
  • 0000, 00:00

Sakinlərə bəzi vədlər verilsə də, ortada iş yoxdur: ŞİKAYƏT

Neftçala rayonunun "Yeni kənd" kəndinin problemləri aşıb-daşır.

Belediyye.netə yazan sakinlər bildirilər ki, 80 evli "Yeni kənd" kəndinə baxan yoxdur.

Bu yaxınlarda mərkəzi yolunun köklü təmir işlərinin aparılacağına söz verilib deyə sakinlərdə bir qədər ümid yaransa da, işlərin ləng getməyindən narazıdırlar.

Kəndlilər əkin sahələrinə demək olar ki, gedə bilmirlər. Kəndin mərkəzi küçəsində asfaltlama işlərinə başlanılsa da, ara yollar bərbad vəziyyətdədir. Mərkəzi yolun astar hissəsi tökülüb, əsas asfaltlama prosesi dayanıb. Ən azından mərkəzi küçənin nə zamansa təmir olunacağı etimalına sevinən sakinlər ara yollarının planda olmamasından narahatdırlar.

Kənd camaatı yağışlı günlərdə palçığın əlindən hərəkət məhdudiyyəti yaşadıqlarını deyirlər.

Kəndin yanar qaz problemi də var. Məlumata görə hələ keçən qış sakinlər bu məsələ ilə bağlı etiraz səslərini qaldırıblar. Buna səbəb isə ərazidə tikilən otelə qədər qaz xəttinin çəkilməsi və kəndə çəkilmədən işlərin dayandırılması olub.

Kəndlilərin iddialarına görə yanar qazın ancaq otelə veriləcəyi nəzərdə tutulur. Bu məsələyə görə ayağa qalxan sakinləri icra başçısı bəzi vədlər verərək sakitləşdirib.

Başçı deyib ki, kəndə qaz verilməsə heç bir obyektə qaz verilməyəcək. Sakinlər də, inanaraq gözləməyi seçiblər. Lakin bu günə qədər "Yeni kənd"ə qaz xətti çəkilməyib.

Kəndin zibil problemi də var, məişət tullantıları vaxtlı-vaxtında daşınmadığına görə antisanitar vəziyyət hökm sürür.

Sakinlər aidiyatı qurumların onların problemləri ilə maraqlanmadıqlarını deyirlər.

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.