ŞİKAYƏT: Yollarımız dağılıb, məişət tullantılarını atmağa yer tapmırıq

  • 23 may, 13:34
  • 0000, 00:00

ŞİKAYƏT: Yollarımız dağılıb, məişət tullantılarını atmağa yer tapmırıq

Abşeron rayon Mehdiabad qəsəbəsindən şikayət var.

Sakinlər Belediyye.netə yazaraq bildirilər ki, küçələri baxımsız vəziyyətdədir.

Söhbət Mehdiabad qəsəbəsindəki Cəfər Cabbarlı küçəsinə çıxan ara yoldan gedir. "Küçəmizə 4-5 qapı açılır buna baxmayaraq problemlər həllini tapmır. Yollarımız dağılıb, məişət tullantılarını atmağa yer tapmırıq", sakin bildirir.

"Bu yol mərkəzi küçəyə çıxan əsas yoldur. Uşaqlarımız məktəbə, özümüz dükana, bazara, xəstəxanaya bura ilə gedirik. Yağışlı günlərdə palçıqdan, quraqlıqda da toz-torpaqdan tərpənmək mümkün deyil. Üstəlik məhəlləmizdə zibil konteynerləri də qoyulmayıb. Bu səbəbdən antisanitariya hökm sürür. Müraciət etdik, gətirib bir qədər asfalt qırığı töküb getdilər.Bu işin təşkilatlanması lazımdır. Bələdiyyəyə müraciət etdik ki toplaşaq zibilləriyi təmizləyək, daşıyıb aparsınlar. Baxan olmadı", şikayətçi fikirlərini belə əsaslandırıb.

Sakinlər aidiyyatı qurumların ölçü götürməsini istəyirlər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.