Artupa sakinləri: Dua edirik ki, yağış yağmasın

  • 24 may, 15:11
  • 0000, 00:00

Artupa sakinləri: Dua edirik ki, yağış yağmasın

"Bu günlərdə yağışlı havada palçığa batmasınlar deyə uşağın birini çiynimə, o birini isə qucağıma  alıb əsas yola çıxarırdım, icra nümayəndəsi bu halıma baxıb gülərək keçdi".

Astara rayonunun Artupa kəndinin məhəllə yolları fəlakətdir, bu öz yerində. Fotolarda görünən bu küçə isə daha da bərbad vəziyyətdədir.

Belediyye.netə verilən məlumata görə sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq küçələri təmir olunmur.

Sakinlər deyirlər ki, biz bələdiyyədən yolumuzu düzətməsi üçün yardım istəyirik, bələdiyyə bizə, "20 manatdan yığın verin, məsələni həll edək", deyir.

Sakinlər öz hesablarına yollarını düzəldirmək imkanında olmadıqlarını bildirirlər.

Sakinlərdən biri, "Yoldaşım ürək xəstəsidir. Tez-tez təcili yardım çağırmalı oluruq, zığ-palçığa görə təcili yardım maşınları məhəlləyə gəlmir".

Başqa sakin: Yaxınlarda məhəlləmizdə toy olacaq. Dua edirik ki, yağış yağmasın, yağsa palçıqdan tərpənmək mümkün olmayacaq.

Vəziyyətdən qeyzlənən daha bir sakin isə belə deyir, "Bu günlərdə yağışlı havada palçığa batmasınlar deyə uşağın birini çiynimə, o birini isə qucağıma  alıb əsas yola çıxarırdım, icra nümayəndəsi bu halıma baxıb gülərək keçdi".

Məhəllənin aşağı hissəsində yaşayan sakinlər isə yağmurlu havalarda bütün suların onların həyətində gölləndiyini, belə vəziyyət yarandıqda bələdiyyəyə müraciət etsələr belə yardım etmədiyini deyirlər.

Aidiyyatı qurumların bu vəziyyətlə maraqlanmaması məyusedicidir.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.