Seyfəli sakinləri vaxtı ilə 8 qəpik ödədikləri suvarma suyuna indi niyə 13 qəpik ödəyirlər?

  • 24 may, 18:47
  • 0000, 00:00

Seyfəli sakinləri vaxtı ilə 8 qəpik ödədikləri suvarma suyuna indi niyə 13 qəpik ödəyirlər?

Seyfəli sakinləri suvarma suyunun limitli qiymətlə hesablanmasına etiraz edirlər.

Belediyye.netin məlumatına görə, Şəmkir rayonun Aşağı Seyfəli kəndinin sakinləri çıxılmaz vəziyyətdədirlər.

Kənd sakinləri əkdikləri məhsulların becərilməsi üçün şəxsi vəsaitləri hesabına subartezian quyusu qazdırıblar.

Qazılan subartezian quyusu kəndi həm içməli, həm də suvarma suyu ilə təmin edir. Lakin yanvar ayına qədər suyun bir kubuna görə 8 qəpik veirdilərsə, yanvar ayından bu yana bu rəqəm 13 qəpiyə çatıb. Yeni təyin olunan qiymətlərlə supulu sakinlərə baha başa gəlir deyə ödəniş etməyə gücləri çatmır.

İndi sakinlərin istəyi subartezian quyusunun Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin Şəmkir Suvarma sistemləri İdarəsinin balansına verilməsidir. Sakinlər hesab edirlər ki, belə olan halda suya ödənişi daha az edəcəklər.

Problem məhsuldarlığa artıq indidən təsir edib. Kənd camaatı əkin sahələrini suvara bilmir. Sakinlər dərdlərini demədikləri qurum qalmayıb. Deyirlər ki, rayon icra hakimiyyətinə də gediblər. Lakin şikayətçiləri qəbul edən olmayıb.

Şəmkir Suvarma Sistemləri İdarəsi də kəndlilərin üzləşdiyi duruma bir çarə qılmır. Gəlirləri əsasən əkinçilik olan bu insanların torpaqdan başqa dolanışığı yoxdur.

Dəfələrlə problemlərini millət vəkillərinə çatdırmağa cəhd etsələr də, baş tutmayıb. Məsələyə münasibət bildirən Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşad Allahyarovun sözlərinə görə indiki vəziyyətdə onlar kənd sakinlərinin subartezian quyusu ilə bağlı tələblərini yerinə yetirə bilməzlər. Rəsmi qurumdan bildirildi ki, bunun üçün Nazirlər Kabineti müvafiq qərar verilməldir.

Rəşad Allahyarovun sözlərinə görə, Seyfəli kəndinin sakinləri subartezan quyusunun dövlət balansına götürülməsi üçün Nazirlər Kabinetinə müraciət etməlidirlər. Görünüşə görə indiki hada başqa çıxış yolu yoxdur.

Geniş reportaja buradan bax:

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.