Güclü yağışlardan sonra Gəncədə bir sıra fəsadlar yaranıb

  • 25 may, 11:35
  • 0000, 00:00

Güclü yağışlardan sonra Gəncədə bir sıra fəsadlar yaranıb

Yağan yağışlar Gəncənin bir neçə hissəsində hərəkəti iflic edib.

Belediyye.net yazır ki, bu haqda məlumatı mayın 24-ü Gencexeber.az-məlumat yayıb.

Son günlər davamlı şəkildə yağan yağışlar səbəbindən şəhərin bir neçə hissəsini su basıb, yollarda iri gölməçələr yaranıb, kanalizasiya quyuları daşıb.

Sevinc qəsəbəsində yerləşən ASAN xidmət mərkəzinin arxasındakı yolda axşam saatlarında yolun hərəkət hissəsində su yığılıb. Sürücülər avtomobillərini qorumaq məqsədilə sürətlərini tamamilə azaldırdılar.

Sadıllı qəsəbəsində yerləşən hərbi hospitalın yanında palçıqlı sular sürətlə axıb. Sakinlərin sözlərinə görə, Gəncəni tanımayan bir kəs bu mənzərənin şahidi olsa, ərazini Gəncəçayın məcrası ilə dəyişik salar.

Almaz İldırım küçəsində iri göl yaranıb. Fotomaterialda göründüyü kimi, yol uzunu və enliliyində göl yaranıb. Maşınlar buradan çətinliklə də olsa keçirlərsə, piyadaların hərəkəti tamamilə iflic hala düşüb.

Gülüstan qəsəbəsində yerləşən 37 nömrəli binaya gedən yolun halı sakinlərin narazılığına səbəb olub. Onlar uşaqlarının natəmiz ərazidən keçərək məktəbə getdiklərini deyiblər.

Təbriz küçəsi, 240 ünvanında kanalizasiya quyusu daşıb. “Azərsu” ASC tərəfindən problemin qarşısını almaq məqsədilə canlı qüvvə və texnika cəlb edilib.

Xatırladaq ki,Məlumata görə Gəncənin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Həmin layihənin icrasına 800 milyon manat xərclənəcək.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.