Neftçalanın mərkəzində şam ağaclarını kökündən mişarlayanlar kimlərdir? - FOTO

  • 25 may, 18:13
  • 0000, 00:00

Neftçalanın mərkəzində şam ağaclarını kökündən mişarlayanlar kimlərdir? - FOTO

Neftçala şəhərində şam ağaclarının "soyqrımına" start verilib. 

Belediyye.netin məlumatına görə, Neftçala şəhərində 20 yanvar və M. Rəsulzadə küçələrinin kəsişməsindəki ictimai-iaşə obyektlərinin arxasında yerləşən "meşə sahəsində" şam ağacları kökündən mişarlanıb.

Ərazidə olan əməkdaşımız obyekt sahibləri ilə söhbətləşərək məsələyə aydınlıq gətirməyə çalışıb.

Obyekt sahibləri deyiblər ki, "Haradasa 3 ay olar ki, ağaclar bu vəziyyətdədir. Nə zaman bunu ediblər, xəbərimiz olmayıb. Hara müraciət edəcəyimizi də, bilməmişik".

Öz cinayət əməllərini həyata keçirmək üçün aydın gündüzləri qoyub gecənin qaranlığını seçənlər isə təbiətə vurduqları ziyanın fərqində olmaya bilməzlər. Əməllərinin cinayət qoxulu olduğunu bilirlər ki, bu işi gündüz yox, gecə görüblər. Elə ediblər ki, heç kim xəbər tutmasın.

Gördükləri iş isə gizlədilməsi mümkün olan məsələ deyil. Ərazidə olan şam ağaclarını mişarlayaraq özü aşaraq qırılacaq həddə çatdırmaqla təşkil olunmuş hadisənin daha iri çaplı olduğuna, birilərinin bunu edənlərin əməllərinə göz yumduğuna etimal verir.

Belə ki, sözügedən ərazidə ağacların bir qismi dibindən mişarlanaraq aparılıb, yerinə məişət tullantıları tökülərək gizlədilməyə çalışılıb, qeyd etdiyimiz kimi qalanları isə kökünə yaxın hissədən mişarlanıb. Bu ağaclar da gözlədikləri kimi, yaxın gələcəkdə "özü aşaraq qırıldı", təsuratı yaradacaq.

Aidiyyatı qurumların qırmızı kitaba düşən şam ağacının kəsilməsinə göz yumması, araşdırıb ölçü götürməməsi sual doğurur.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.