Astara rayonunun Səncərdi kəndindən şikayət var.
Belediyye.netin məlumatına görə kəndin zibillərin daşınması ilə bağlı və kanalizasiya problemi var.
Kəndin əsas yolunun kənarları ilə yolboyu kanalizasiya suları axıdılır. Qarşıdan gələn isti havalarda antisanitar vəziyyətin daha da artacağından narahat olan sakinlər ölçü götürülməsini istəyirlər.
Kəndin ara yolları da baxımsız vəziyyətdədir. Bu baxımsız yollardan biri də şəhid Telman Nehmətovun xatirə lövhəsi qoyulan yoldur. Sakinlər bunun şəhidin xatirəsinə hörmətsizlik olduğunu deyirlər. Yağıntılı günlərdə lövhənin yerləşdiyi yol bataqlığa çevrilir.
Sakinlər aidiyyatı qurumların məsələ ilə maraqlanmadığını deyirlər.
Belediyye.net
Copyright 2022 BELEDIYYE.NET.