"Qırmızı Şəfəq" kəndinin də, Neftçalanın digər kəndləri kimi yol problemi var

  • 27 may, 12:12
  • 0000, 00:00

"Qırmızı Şəfəq" kəndinin də, Neftçalanın digər kəndləri kimi yol problemi var

Neftçala rayon "Qırmızı Şəfəq" kəndinin də, Neftçalanın digər kəndləri kimi yol problemi var.

Belediyye.netə yazan sakinlər yollarının bərbad vəziyyətdə olduğunu, bu vəziyyətlə aidiyyatı qurumların maraqlanmadığını deyirlər.

Ara yollar elə vəziyyətdədir ki, ora yol demək olmaz. Kənd kürsahili əraziyə aiddir. Bu kəndin əkib-becərmək üçün torpaq sahəsi də yoxdur. Kənddə zibil konteynerləri qoyulmayıb deyə antisanitar vəziyyət müşahidə olunur. Kürün sahilində zibil əlindən tərpənmək mümkün deyil.

Bu kəndin camaatı demək olar ki, heç vaxt yanar qaz görməyiblər. "Qırmızı Şəfəq"in qonşuluğunda olan kəndlərə qaz çəkiləcəyi barədə bəzi vədlər verilsə də, bu kəndin sakinlərini yada salan yoxdur.

"Qırmızı Şəfəq" lilər dövlət qurumların kəndlərinə diqqət yetirmələri üçün daha nə qədər gözləyəcəklərini bilmək istəyirlər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.