Mingəçevir İH-dən reaksiya: Verilən vədlər yerinə yetiriləcəkmi? 

  • 27 may, 15:51
  • 0000, 00:00

Mingəçevir İH-dən reaksiya: Verilən vədlər yerinə yetiriləcəkmi? 

Mingəçevir şəhər İcra Hakimiyyəti qaldırdığımız məsələyə reaksiya verdi.

Belediyye.netdə Mingəçevir şəhər Koroğlu küçəsi 23-də yaşayan sakinlərin verdiyi məlumata əsasən küçələrinin baxımsız vəziyyətdə olduğu barədə yazmışdıq.

Şikayət edən sakinlər mərkəzi küçənin asfaltlansa da, ara yollarının çala-çökəklərdən ibarət olduğunu, kanalizasiya sistemlərinin olmadığını, kanalizasiya sularının üstüaçıq quyulara axıdıldığını, bunun da ərazidə antisanitariyanın yaranmasına səbəb olduğunu bildirmişdilər.

Çox çəkmədi qaldırdığımız problemə reaksiya gəldi. 

Reaksiyada deyilir: 

Video süjetdə qeyd edilən küçə Mingəçevir şəhəri Sağ sahil yaşayış massividir. Əsasən fərdi evlərdən ibarət küçəyə Şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına yeni asfalt örtüyü salınmış, yeni və ən müasir formada işıqlanma xəttləri çəkilmişdir. Mingəçevir şəhərində yeni içməli su xətti çəkilmiş və kanalizasiya sisteminin çəkilişi isə “AZƏRSU” ASC tərəfindən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarına uyğun həyata keçirilir. Şəhər ərazisində Kanalizasiya sisteminin yenilənməsi Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarına salınmışdır. Qeyd edilən Sağ sahil yaşayış massivində kanalizasiya sistemi ümumiyyətlə mövcud olmamışdır. Həmin küçəyə kanalizasiya siteminin çəkilişi layihəyə salınmış və növbəti mərhələlərdə texnoloji ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır. Yaşayış massivində kanalizasiya işləri bitdikdən sonra əraziyə yeni asfalt örtüyü salınacaq. Küçədə mövcud olan Sel-su kanalının təmizlənməsi ilə bağlı aidiyyatı üzrə tapşırıq verilmişdir.

Problem ictimailəşdikdən sonra rəsmi qrumun reaksiya verməsi maraqlıdır.

-Verilən vədlər yerinə yetiriləcəkmi? 

Məsələni diqqətdə saxlayacağıq.

Sözügedən reportaja buradan bax: 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.