Beyləqanda bələdiyyə sədri vətəndaşın torpağını əlindən alıb məmura verib - ŞİKAYƏT

  • 26 noyabr 2021, 12:42
  • 0000, 00:00

Beyləqanda bələdiyyə sədri vətəndaşın torpağını əlindən alıb məmura verib - ŞİKAYƏT

Beyləqan Rayon Sakini Anar Məmmədovun bələdiyyə sədrindən şikayəti var.

Belediyye.netin Azinforum.az-a istinadən xəbərinə görə vətəndaş müraciət edərək bildirib ki, Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev ona məxsus torpaq sahəsini dövlət proqramı adı ilə alıb, rayon İcra Hakimiyyətində rəhbər vəzifədə işləyən İlqar Quliyevin kürəkəninin ixtiyarına verib.

Şikayətçi bildirir ki, hər dəfə müxtəlif instansiyalara etdiyi müraciətlərdən sonra Novruz Quliyev ona başqa bir ərazidən torpaq verəcəyinə dair söz verib. Lakin sonda onu aldadıb. Biz iki gün ərzində Novruz Quliyevlə əlaqə saxlayıb, məsələyə onun da münasibətini öyrənməyə çalışsaq da , telefonu “zəngimsell” xidmətinə qoşulduğu səbəbindən cavab vermədi.

Şikayətçi ilə olan videomüsahibəni təqdim edirik.


Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.