Kürdəxanı çimərliyinə axıdılan çirkab suların qarşısı nə zaman alınacaq?

  • 22 iyun, 13:33
  • 0000, 00:00

Kürdəxanı çimərliyinə axıdılan çirkab suların qarşısı nə zaman alınacaq?

Kürdəxanı qəsəbəsində çirkab sular dənizə axıdılaraq Xəzər dənizini çirkləndirir. Axıdılan çirkab suların təsirindən hər ötən gün vəziyyət daha da pisləşir.

Belediyye.net yazır ki, bu məsələ ilə bağlı ATV Xəbər reportaj hazırlayıb.

Kürdəxanı qəsəbəsindən, eyni zamanda ətraf qonşu qəsəbələrdən çıxan kanalizasiya suları təmizlənmədən irihəcmli borularla birbaşa olaraq Xəzər dənizi istiqamətində axıdılır. Sakinlər deyir ki, vəziyyət illərdir dəyişmir. Ətrafa yayılan xoşagəlməz üfünət bir yana, dənizə qarışan çirkab sular Xəzəri bakteriya mənbəyinə çevirir.

Problemin kökündə ərazidə kanalizasiya sisteminin olmaması dayanır. “AZƏRSU” ASC-dən bildirilib ki, tullantı sularının idarə olunması üçün ərazidə kollektor inşa olunur.

Azərsu ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, Pirşağı qəsəbəsində müasir bioloji tullantı təmizləyici qurğu tikilib, artıq istismara hazırdır. Onunla paralel olaraq, hal-hazırda Kürdəxanı istiqamətində 1400 mm-lik əsas daşıyıcı kollektorun tikintisi davam edir və 2023-cü ildə yekunlaşması planlaşdırılır. Bu kollektor istismara veriləndən sonra artıq Kürdaxanı istiqamətində Xəzər dənizinə axıdılan bütün çirkab suların qarşısı alınacaq və qurğuya ötürüləcək.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.