Güclü yağış Goranboyda çaylarda suyun səviyyəsini qaldırıb

  • 23 iyun, 10:09
  • 0000, 00:00

Güclü yağış Goranboyda çaylarda suyun səviyyəsini qaldırıb

Güclü yağış Goranboy rayonunun dağ kəndlərində, o cümlədən Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsini yüksəldib.

Belediyye.net APA-nın yerli bürosunun məlumatına görə yazır ki, sel-suları 20 yaxın fərdi yaşayış evinə, 20-ə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə və Mingəçevir şəhər sakini Rzayev İlham Zülfü oğluna məxsus “Mercedes” markalı avtomiblə ziyan vurub.

Məlumata görə, bu gün saat 15:00 radələrində rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Məlumata görə, sel qəsəbədə bir neçə avtomobili aparıb. Bundan əlavə sel suları evlərə dolub.

Hazırda yağışlı hava şəraiti davam edir.

Goranboyda selin törətdiyi fəsadlardan videogörüntüyə buradan bax:

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.