Bakının mərkəzində piyada keçidini su basdı: FOTO

  • 23 iyun, 12:03
  • 0000, 00:00

Bakının mərkəzində piyada keçidini su basdı: FOTO

Paytaxtın mərkəzində, Nəsimi rayonu, Nizami küçəsində yerləşən qış parkında piyadalar üçün nəzərdə tutulmuş keçiddə naməlum su axıntısı piyadaların gediş-gəlişinə mane yaradıb.

Belediyye.net yazır ki, Qazet.az saytının əməkdaşı hadisə yerində olan səlahiyyətli şəxslərdən və piyada keçidində yerləşən mağaza satıcılarından açıqlama alıb. 

Səlahiyyətli şəxs açıqlamasında bildirib: "Problemin qaynağı hələ bəlli deyil. Biz də bu problemi həll etməyə çalışırıq. Ola bilsin ki, qrunt sularının toplanması nəticəsində bu problem yaranıb. Kanalizasiya da partlayıb. Biz matoru vuranda əks istiqamətdə qrunt sularını arxaya qaytarır. Boru partlayıb.

Keçiddəki mağaza sahibləri də problemin qrunt sularından qaynaqlandığını qeyd etdilər.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.