Bakıda parklanma yerinə qıfıl vurub “özəlləşdirdilər”

  • 24 iyun, 09:49
  • 0000, 00:00

Bakıda parklanma yerinə qıfıl vurub “özəlləşdirdilər”

 Bakıda qanuni parklanma yerinə qıfıl vurub “özəlləşdirdilər”.

Belediyye.net xəbər verir ki, sözügedən məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən ictimailəşdirilib.

Söhbət paytaxtın Möhsün Sənani küçəsindən gedir.

Dar küçədə hər tərəfdə avtomobillər dayanır. Qanuni parklanma yerində isə vətəndaşlardan biri qıfıl vuraraq digər nəqliyyat vasitələrinə süni maneə yaradır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, aidiyyəti üzrə tədbir görüləcəkdir.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.