Vəd verilsə də, Qazyan məktəbinin tikintisinin üfüqdə işartısı da görünmür

  • 30 iyun, 16:33
  • 0000, 00:00

Vəd verilsə də, Qazyan məktəbinin tikintisinin üfüqdə işartısı da görünmür

Ucar rayonunun Qazyan kənd məktəbi qəzalı vəziyyətdədir.

Belediyye.netə məktubla müraciət edən əslən Ucardan olan Zakir İsmayıl bəy ürək ağrısını sətirlərə töküb.

"Yazıram bu qulaqdan alıb o birinə ötürürlər. Yazmıram vicdanım sizlayir...", -Zakir bəy məktubuna bu sözlərlə başlayır.

"Bura Ucar rayonunun şəhidi Əziz Əliyevin adını daşıyan Qazyan kənd 2 saylı məktəbidir. Dəfələrlə məktəbin dagılmaq həddində olması barədə məsələ qaldırmışam. Ucarın millət vəkilinə də, Ucar rayon icra aparatına da məsələni çatdırmışam. Hər iki tərəfdən bu beşilliyin planında məktəbin tikintisi oldugu bildirilib", -şikayətçi yazır.

Verilən vədlərə əməl olunmur

"Artıq beşilliyin 4-cü ili bitmək üzrədir. Məktəb tikintisinin üfüqdə işartısı da görünmür.
Məktəb hər an uçmaq təhlükəsi ilə üz-üzədir", -Zakir bəy belə deyir.

Olkənin baş planına məsul şəxslərə müraciət edən Zakir İsmayıl: "150 evlik "ağilli kənd"ə 64,8 milyon manat pul xərcləyən əlaqədar təşkilatlar hara baxırsınız? (Agıllı kənddəki bir evə 432-min manat xərclənir. Orada tikilən 1-1,5- evin pulu bu məktəbi tikməyə bəs edər.) Gözləyirsiniz ki, məktəb uçsun, altında uşaqlar qalıb ölsün?  Sonra başlayasınız bu tikintini? Yay tətilidir. Qarşıda 2,5 ay vaxt var. Niyə tikintiyə başlamırsınız? Nədir qarnınızın ağrısı?", sözlərin müəllifi fikirlərini belə yekunlaşdırır.

Qeyd edək ki, bundan öncə də, Belediyye.netdə bölgələrdə bir çox məktəbin istifadəyə yararsız olması barədə yazmışdıq.

Ölkədəki məktəblərin bəzilərinin hazırkı vəziyyəti ilə aşağıdakı keçidlərə daxil olaraq tanış ola bilərsiniz.

Buna da bax: Prezident gələcək deyə xarabalığa çevrilmiş məktəbin ön tərəfini təmir edirlər - FOTOREPORTAJ

Buna da bax: NEFTÇALA: Məktəbin həyətində bir nəfər ferma tikib, heyvan saxlayır

Buna da bax: Boyat məktəbliləri: Biz belə məktəbdə oxumaq istəmirik

Buna da bax: Neftçalada Nizami Gəncəvi adına 3 saylı məktəb də “xaraba məktəblər” sırasındadır

Buna da bax: Neftçalada daha bir təmirsiz məktəb - Şagirdlər şüşəsiz pəncərələrdən qaçırlar

Buna da bax: Poyluda bir məktəb var, döşəmələri çürük, tavanı dağılmış…

Buna da bax: Dəhlizlərdə gölməçələr artdıqca daha çox sinif otağı kilidlənir – Mirqurbanlı məktəbi

Buna da bax: 18 min əhalisi olan üç kəndin məktəbi; Qədimkənd məktəbi

Buna da bax: 200-dən artıq uşaq qəzalı məktəbdə dərs keçir

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.