Gəlib-getdikləri yolun vəziyyətini görməsələr də, kəndlilərin ruzisinin haqq-hesabını yaxşı bilirlər

  • 1 iyul, 19:23
  • 0000, 00:00

Gəlib-getdikləri yolun vəziyyətini görməsələr də, kəndlilərin ruzisinin haqq-hesabını yaxşı bilirlər

Neftçala rayonunun Mikayıllı, Sarıqamış, Sahiloba və Dalğalı kəndlərinin torpaq yolları.

Bəli, günü-gündən sürətlə inkişaf etdiyi deyilən ölkəmizdə hələ də inkişafdan geridə qalmış kəndlərimiz var,

Belediyye.netin məlumatına görə, fotolarda gördüyünüz yollar adlarını sadaladığımız kəndləri həm bir-birindən ayıran, həm də ümumi yollarıdır.

Bu yollar uzun illərdir təmir olunmur. Məlumata görə, hətta sonuncu dəfə 30 il öncə təmir olunub. Keçən uzun illər ərzində isə insanların yolda daimi hərəkətinə görə çığır formasında, bəzilərində maşın yolu kimi qalıb - torpaq yol olaraq.

"Desəm ki, buralar tamamiilə gozdən-könüldən uzaq qalıb, yalan olar. Balıq mövsümi başlayan kimi buralara rayon Polis İdarəsinin, DYP-nin, Su Polisinin əməkdaşları axın edir. Gəlib-getdikləri yolun vəziyyətini görməsələr də, çörəyi balıqçılıqdan çıxan kəndlilərin ruzisinin haqq-hesabını yaxşı bilirlər. Bu səbəbdən də, bu kələ-kötür torpaq yolla gəlməyi məsələ etmir, hesablarını almaq üçün buralara səfər etməkdən çəkinmirlər", -kənd sakini deyir.

Bu yollara bu günə qədər nə bir maşın çınqıl tökülüb, nə də asfalt örtük çəkilib. 

Sakinlər, "Ucqar dağ rayonlarında, meşə kəndlərində mövcud olan yol bizimkilərdən yaxşıdır. Qış ki oldu, ayda bir dəfə kəndlərdən 40 km uzaq məsafədə yerləşən rayon mərkəzinə gedib, ərzaq, geyim tədarükümüzü edib qayıdırıq. Vaxtlı-vaxtında rayon mərkəzinə gedə bilməyənlər isə ümidlə yayın gəlişini gözləyirlər. Təcili yardım kimi zəruri xidmətdən belə məhrumuq", - deyirlər.

Məlumata görə bir çox məmurun bu ərazilərdə əkin sahələri var. Əkin-biçin vaxtı bu yollardan onlar da istifadə edirlər. Torpağın bərəkətini daşıyan bu adamların da, elin yolunu təmir etmək ağlından keçmir.

Sakinlər yol istəyirlər - müasir standartlara yaxın, yaşayış üçün mümkün olan normal yol.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.