Astara şəhər İcra Hakimiyyətinin yarımçıq işləri: Bir küçədə ara yoların birini təmir edir, o biri qalır

  • 1 iyul, 22:13
  • 0000, 00:00

Astara şəhər İcra Hakimiyyətinin yarımçıq işləri: Bir küçədə ara yoların birini təmir edir, o biri qalır

Astara şəhər İcra Hakimiyyətinin yolları yarımçıq təmir etməsi narazııq doğurur.

"Astara şəhəri İlya Kaverin küçəsinin yolları və həmçinin şəhərin digər ara yolları rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaxın gələcəkdə təmir və bərpa olunacaqdır".

Bu cümləni artıq ikinci dəfədir ki, Belediyye.net saytında oxuculara təqdim edirik. Buna səbəb aylar öncə Astara şəhəri İlya Kaverin küçəsinə çıxan ara yolların baxımsız vəziyyətdə olması ilə bağlı dərc etdiyimiz videoreportaj və Astara şəhər İcra Hakimiyyətinin bu sözləri özündə etiva edən açıqlamasıdır.

Astara şəhər İcra Hakimiyyəti qaldırdığımız məsələyə reaksiya verdi, hətta havaların yağmurlu keçməsi səbəbi ilə yolun əsaslı təmir işlərini aparmağın mümkünsüz olduğu barədə açıqlama verdi.

"Astara şəhəri İlya Kaverin küçəsinin yolları və həmçinin şəhərin digər ara yolları rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaxın gələcəkdə təmir və bərpa olunacaqdır. Hava şəraitinin əsasən yağmurlu olması səbəbindən bu barədə fəaliyyət növbəti il üçün nəzərdə tutulmuşdur", -rəsmi açıqlamada belə deyilirdi.

Lakin Astara şəhər İcra Hakimiyyəti verdiyi vədə əməl etmədi. Qaldırılan yol probleminin kiçik bir hissəsini təmir etsə də, əsas hissəsini olduğu kimi buraxdı.

Sizə fotolarını təqdim etdiyimiz yol da İlya Kaverin küçəsində təmirsiz məhəllə yollarıdır. Məhəllənin yolları o qədər bərbaddır ki, avtomobillər güclə hərəkət edir. Sakinlər məsələni ictimailəşdirməyə çalışaraq problemin həllinə nail olmağa çalışırlar. Çünki dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, məsələnin həllini tapmadığından narazıdırlar.

Astara şəhər İcra Hakimiyyətinə XATIRLATMA

-Havalar çoxdan isinib, yol təmir-tikinti işlərini aparmaq üçün münbit şərait də yaranıb.

 

Astara şəhər İcra Hakimiyyətinin verdiyi vəd:

Belediyye.net

 

Copyright 2022 BELEDIYYE.NET.