Görədildə yağış yağanda yol ikiyə ayrılır

  • 3 iyul, 22:16
  • 0000, 00:00

Görədildə yağış yağanda yol ikiyə ayrılır

Abşeron rayon Görədil kəndindən şikayət var.

Belediyye.netə üz tutan sakinlər deyirlər ki, Abşeron rayon Görədil yaşayış məntəqəsidə Çingiz Qurbanov küçəsinin yolları bərbad vəziyyətdədir.

"Görədil kənd məktəbindən sol istiqamətdə aşağıya doğru gedən yol qumsaldan ibarətdir. Yağış yağanda yol ikiyə ayrılır. Altdan yuxarı qalxmaq ümumiyyətlə mümkün olmur. Məktəblilərin məktəbə getməsində çətinliklər yaranır. Bu vəziyyətə görə maşınlarımızın altı dağılıb", -şikayətçi sakinlər bildirir.

Sakinlər aidiyyatı qurumların ölçü götürməsini, yollarının təcili təmir olunmasını tələb edirlər.

 

Belediyye.net
 

Copyright 2022 BELEDIYYE.NET.