Balaca Həmyədə yolların kənarları, dərə-təpə, hər yer zibil içindədir

  • 5 iyul, 21:18
  • 0000, 00:00

Balaca Həmyədə yolların kənarları, dərə-təpə, hər yer zibil içindədir

Siyəzən rayon Balaca Həmyə kənd sakinləri şikayətçidirlər.

Belediyye.netə yazan sakinlər deyirlər ki, kənd bələdiyyəsi heç bir iş görmür.

Sakinlərin göndərdiyi fotolardan da göründüyü kimi, kəndin hər qarışı zibillikdir.

Su arxlarının içi, yolların kənarları, dərə-təpə, hər yer zibil içindədir.

Balaca Həmyə kəndi Xəzər dənizinin sahilində yerləşir.

Kənd çimərlik turizmi üçün əhəmiyyəti hesab edilir. Çimərlik mövsümünün başlamasına baxmayaraq dənizin sahilləri çirkab içindədir. Bu da çimərlikdən istifadə edənlərin ciddi narazılığına səbəb olur. 

Sakinlər kəndin zibillik probleminin konteynerlərin olmamasından qaynaqlandığını deyirlər. Aidiyyatı qurumların məsələni nəzarətə götürməsini tələb edirlər.

 

Belediyye.net

 

 

Copyright 2022 BELEDIYYE.NET.