Bərdəni üfunət bürüyüb: Kanalizasiya suyu bir aydır küçəyə axır - Video

  • 13 iyul, 22:17
  • 0000, 00:00

Bərdəni üfunət bürüyüb: Kanalizasiya suyu bir aydır küçəyə axır - Video

Bərdədə bir aydır ki, kanalizasiya suyu küçəyə axır. Xoşagəlməz mənzərə şəhərin Heydər Əliyev prospekti 151 ünvanında yaşanır. Ərazini üfunət bürüyüb.

Yerli sakinlər deyirlər ki, problemin həlli üçün dəfələrlə müraciət ediblər, amma problem həllini tapmır. Uzun zamandır yaşanan problem xəstəlik mənbəyinə çevrilib.

Onlar qeyd edirlər ki, uşaqlar bunun çirkablı su olduğunu bilmirlər. Onlar bu hala görə daha da narahatdırlar.

Şikayətçilər kanalizasiya quyusunun açılaraq təmizlənməsini tələb edirlər.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Bərdə rayon su kanal idarəsindən bildirilib ki, Bərdə şəhərinin kanalizasiya şəbəkəsi olmadığından bu sahəyə xidmət göstərmirlər. Bu səbəbdən də yaranmış problemə cavabdehlik daşımırlar.

Daha ətraflı Baku TV-nin süjetində:

Bülediyye.net

Copyright 2022 BELEDIYYE.NET.